31 nömrəli avtobusun hərəkət trayektoriyasında dəyişiklik edilib

“Azərsu” ASC tərəfindən Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsinin kəsişməsindən başlayacaq və Yeni yaşayış sahəsinədək davam edəcək təmir işləri ilə əlaqədar, 31 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O, bildirib ki, təmir işləri ilə əlaqədar, yanvarın 23-dən 31 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların son dayanacaq nöqtəsi Səbail rayonu Tofiq Məmmədov küçəsi ilə Neftçilər küçəsinin kəsişməsi müəyyən edilib. Təmir işləri davam etdiyi müddətdə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinədək olan ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq və rahatlığını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə 31 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkət tərəfindən xüsusi nəqliyyat vasitələri ayrılıb. Belə ki, qeyd edilən məsafədə 31 nömrəli müntəzəm marşrut xətti üzrə istifadədə olan avtobusların hərəkəti mümkünsüz olduğundan, sərnişinlərin xüsusi nəqliyyat vasitəsilə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinə, eləcə də əks istiqamətdə ödənişsiz daşınması təmin ediləcək.

Etikxeber.az

Read Previous

Prezidentin Davosda Norveçin xarici işlər naziri ilə görüşü olub

Read Next

“Bizim üçün ən mühüm olan…” – BİNƏLİ YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir