Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ağacan Zakir oğlu Cəbrayılovun doğum günüdür.
Ağacan Cəbrayılovun bu gün-20 may 2026-cı il tarixində 24 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Ağacan Cəbrayılov 2002-ci ilin may ayının 20-də Şamaxı rayonunda sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
O, həm də evin-ailənin yeganə sağlam övladı idi.
Bacısı Ləman və qardaşı Sədi fiziki qüsurlu xəstədirlər.
Qardaşı Sədi hazırda ailəlidir.
Ağacan 2008-2019-cu illərdə orta məktəbdə təhsil alıb.
Orta məktəbi başa vurduqdan bir müddət sonra, 2020-ci ilin iyul ayının sonlarında həqiqi hərbi xidmətə yollanıb.
İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Cəbhənin Ağdam-Xocavənd istiqamətində döyüşüb.
Döyüşlərdən birində ağır yaralansa da, ailəsinin bu barədə xəbəri olmayıb.
Yalnız noyabr ayının 22-də ailəsinə Şəhidliyi xəbəri verilib.
Nəşi isə bir gün sonra, 23 noyabr 2020-ci il tarixində Şamaxı şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Ağacan həm də subay olub.
***

Bu gün Xaçmaz rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elvin Elçin oğlu Məlikməmmədovun da Cənnətdəki altıncı doğum günü, mövlududur.
Elvinin də Ağacan kimi 24 yaşı tamam olur.
Elvin Məlikməmmədov 2002-ci ilin may ayının 20-də Xaçmazın Xudat şəhərində anadan olub.
Ailədə üç övlad, üç qardaş olublar.
Qardaşları hazırda ailəlidir.
O da İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib və oktyabrın 3-də Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra-4 oktyabr tarixində Xudat kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
Elvin Məlikməmmədov da subay olub.
***
Bu gün eyni zamanda, Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ceyhun Nüsrət oğlu Şalıyevin Cənnətdəki altıncı doğum günüdür.
Onun 32 yaşı tamam olur.

Qeyd edək ki, əslən Gəncəli olan Ceyhun 1994-cü ilin may ayının 20-də sadə bir ailədə dünyaya gəlib…
Evin üç oğlan övladından biri, ailənin ortancıl oğlu olub…
Böyük qardaşı hazırda ali təhsilli iqtisadçıdır, ondan düz 12 yaş kiçik olan qardaşı isə ali məktəb tələbəsidir…
Ceyhun Gəncədə anadan olsa, ailəsi ilə birlikdə Rusiya Federasiyasında, Voronejdə yaşayıblar…
7-ci sinfə kimi orada orta təhsil alıb…
Sonra Azərbaycana dönərək burada orta təhsilini davam etdirib, Bakıxanovda yerləşən 94 saylı tam orta məktəbi bitirib…
Orta məktəbi bitirdiyi il-2011-ci ildə ali məktəbə-Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq fakültəsinə daxil olub…
2015-ci ildə ali təhsilini başa vurduqdan sonra-elə həmin ilin yayında həqiqi hərbi xidmətə yollanıb…
2016-cı ildə Aprel döyüşlərinin iştirakçılarından olub…
Əsgərlikdən sonra Bakıda bəzi özəl şirkətlərdə işləməyə başlayıb…
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub və sentyabrın 27-dən də İkinci Vətən Müharibəsi ilə əlaqədar döyüşlərə qatılıb…
Döyüş yolu 5 gün cəkib…
Oktyabrın 1-də Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və elə həmin gün nəşi Bakıxanov qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Ancaq valideynləri həmin vaxt Rusiyada olduqları üçün Ceyhunun Əbədəiyyətə uğurlanması mərasiminə qatıla bilməyiblər…
Onlar yalnız 2 gündən sonra, Ceyhunun üç mərasimində Vətənə dönə biliblər…
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Bakıxanov qəsəbəsində adını daşıyan küçə var…
O da Ağacan və Elvin kimi subay olub.
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az




