33 yaşında Şəhid olan-HƏRBİ HƏKİM, GİZİR FARİZ ŞIXALIYEVİN MƏZARININ ZİYARƏTİ, ADINI DAŞIYAN “ŞƏHİDLƏR BULAĞI”NIN AÇILIŞI VƏ ANIM MƏRASİMİ – FOTOSESSİYA – YENİLƏNİB

Şamaxının Qaravəlli kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ali təhsilli hərbi həkim, Gizir, bir övlad atası Fariz Şahverdi oğlu Şıxalıyevin bu gün Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, İkinci Vətən Müharibəsi zamanı 33 yaşında Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olan, Şəhidlik məqamına ucalan iki medallı Fariz Şıxalıyevin Anım Günündə, səhər saatlarında Şamaxı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Bir saatdan çox çəkən ziyarətə Şəhidin ailə üzvləri, yaxınları, Qaravəlli kənd sakinləri, Şamaxıdan olan Şəhid ailələri, hərbçilər, din xadimləri və digər şəxslər qatılıblar.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub.

Ziyarətdən sonra Qaravəlli kəndində Fariz Şıxalıyevin adını daşıyan “Şəhidlər bulağı”nın açılışı olub.

Açılışda da Şəhidin ailə üzvləri, kənd sakinləri, Şəhid ailələri, məktəblillər və digər şəxslər iştirak ediblər.

“Şəhidlər bulağı”nın açılışından sonra Şəhidin boya-başa çatdığı ata ocağında anım mərasimi keçirilib.

Mərasimdə bir daha Şəhidin ruhuna dualar edilib, adıma ehsan verilib.

Etikxeber.az Şəhidin məzarının ziyarətindən, “Şəhidlər bulağı”nın açılışından və anım mərasimindən fotoları təqdim edir:

14:00

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

MƏĞRUR, QÜRURLU ŞƏHİD ATASI…

DƏRDLİ, YARALI VƏ DİK DURUŞLU ŞƏHİD ANASI, ŞƏHİD BACISI, ŞƏHİD QARDAŞI…

ŞƏHİDİN OXUDUĞU QARAVƏLLİ KƏND ORTA MƏKTƏBİ, ŞƏHİDƏ, ŞƏHİDLƏRƏ EHTİRAM…

MƏZARININ ZİYARƏTİ…ÇOX TƏSİRLİ, ÇOX DUYĞULU ANLAR…

ANALAR YANAR, AĞLAR…

***

İGİDLƏRİMİZ, QƏHRƏMANLARIMIZ, ŞAMAXILI ŞƏHİDLƏRİMİZ, NUR ÜZLÜLƏRİMİZ…

VƏ FARİZ ŞIXALIYEVİN ADINI DAŞIYAN “ŞƏHİDLƏR BULAĞI”…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2132 yeni yoluxma-DAHA 26 ÖLÜM…

Read Next

Bir övladı Vətənə əmanət qalan-ŞƏHİD FARİZ ŞIXALIYEVİN TORPAĞA TAPŞIRILMASINDAN BİR İL KEÇDİ…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir