33106 nəfər koronavirusdan dünyasını dəyişib-ÜST

Dünyada bu günədək 693224 nəfər koronavirusa yoluxub, onlardan 33106 nəfəri ölüb.

Etikxeber.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) günlük bülletenində qeyd olunub.

Bildirilib ki, son sutkada 58411 nəfər koronavirusa yoluxub, 3215 nəfər həyatını itirib. 

Hazırda yoluxma hallarının əksəriyyəti yenə də Avropada qeydə alınıb – 392757 nəfər.

Xatırladaq ki, martın 11-də ÜST yeni növ koronavirusu pandemiya elan edib.

Etikxeber.az

Read Previous

“Həyat sənə gerçəkdənmi “vız” gələcək?”-DEPUTAT KARANTİN REJİMİNİN SƏRTLƏŞDİRİLMƏSİNDƏN YAZDI

Read Next

“31 martın cavabını verəcəklər və hər zaman lənətlənəcəklər”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir