3,4 milyon insan teatr və muzeyləri ziyarət edib – AZƏRBAYCANDA

2016-cı ildə Azərbaycan teatrlarını və muzeylərini ziyarət edənlərin statistikası açıqlanıb.

Etikxeber.az Dövlət Statistika Komitəsinin illik hesabatına istinadən bildirir ki, ötən il muzeyləri ziyarət edənlərin sayı 2,6 milyon, teatrlara gələn tamaşaçıların sayı isə 0,8 milyon nəfər olub. Ötən illərə nisbətdə 2016-cı ildə teatr və muzeylərə üz tutan xarici ölkə vətəndaşları üstünlük təşkil edib.

Eyni zamanda, ümumilikdə sayı 28 olan dövlət əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqları da turistlər tərəfindən ziyarət olunub.

Hesabatda o da bildirilir ki, bu gün Azərbaycanda 33 milyon kitabxana fondu olan 3242 kütləvi kitabxana, 2650 klub müəssisəsi, 234 muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

Etikxeber.az

Read Previous

“AzəriLayt”ın bir barreli 56,10 dollara satılır

Read Next

Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir