35 yaşı haradan götürmüsünüz? – VAHİD ƏHMƏDOV ETİRAZ ETDİ

Deputat  Vahid Əvmədov 35 yaşla bağlı məsələyə aydınlıq gətirilməsini istəyib.

Etikxeber.az  xəbər verir ki, millət vəkili bu haqda Milli Məclisin (MM) martın 5-də keçirilən plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı məsələ qaldırıb.

Millət vəkili öncə deyib ki, gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 45 yaşı tamam olduğu andan xitam verilməlidir.

“Bununla əlaqədar müraciətlər çoxdur, sosial şəbəkələrdə də müzakirələr aparılıb”-deyən, millət vəkili bu baxımdan 35 yaşla bağlı məsələyə də aydınlıq gətirilməsini istəyib:

“Axı, bu rəqəm haradan götürülüb? Dünyanın axı, heç bir yerində belə məhdudiyyət yoxdur? Bu məsələyə mütləq aydınlıq gətirilməli və anlaşılmazlıq aradan qaldırılmalıdır”.

Spiker Oqtay Əsədov isə V.Əhmədova cavab olaraq bildirib ki, dünyanın hər yerində yaş həddi qoyulur: “Elə ölkələr var ki 28, elə ölkələr də var ki 35 yaş müəyyən edir”.

Onu da qeyd edək ki, qanuna edilən dəyişikliklə gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilib.

Qanuna əlavə edilən 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.

Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.

Gənclər təşkilatına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Şəhərsalma və Tikinti Məcəlləsinə hansı dəyişikliklər olundu?

Read Next

Avropa Məhkəməsinə seçilən hakimə də diplomatik pasport veriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir