“3500 tibb işçisi hara gedəcək?” – DEPUTATIN SUALI

Hökumət orqan transplantasiyası ilə bağlı büdcədən vəsait ayırmalıdır.
Etikxeber.az xəbər verir ki,  bunu millət vəkili Musa Quliyev Milli Məclisin (MM) plenar iclasında  2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
 Onun sözlərinə görə, bu vəsait əsasən lal-kar uşaqların orqanlarınınm transplantasiyası ilə bağlıdır:
“İldə  ölkədə 100-150 lal-kar uşağın  orqan transplantasiyasıan ehtiyac var. Biz işi vaxtında görmədikdə, 3 yaşından sonra bu uşaqlar ömürlük əlil olur. Elə bu uşaqlara verilən pensiya  orqan transplatasiyasına çəkilən xərcdən 10 dəfə çox olur”.  
 Millət vəkili bildirib ki, əgər bu sahəyə büdcədən vəsait ayrımaq mümkün deyilsə, o zaman onun digər  sahələrə ayrılan vəsaitləri kəsməklə və ya qənaət etməklə mümkündür.
 
 İcbari tibbi sığorta ilə  bağlı məsələyə gəlincə, deputat qeyd edib ki, bu məsələ tam ölçülüb-biçilməlidir:
“Ümumiyyətlə, icbari tibbi sğıorta ilə bağlı məsələ ölkə başçısının diqqət mərkəzindədir. Artıq Yevlax və  Mingəçevrdə pilot layihələrə başlanılıb. Ancaq icbari tibbi sığortanın tətbiqinə tələsməli deyilik. Bəzən fikirlər səslənir ki, 2018-ci ildən sonra bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq. Lakin bu işə ehtiyatla yanaşmaq lazımdır. İlk növbədə əmək müqavilələri şəffaflaşmalı, sığorta olunanların sayı müəyyənləşməlidir”.
 
O, eyni zamanda  “Dəmryolu” və “Kaspar” xəsətəxanaıanın özəlləşdirməyə çıxarılması ilə bağlı büdcə vəsaitinin ayrılmamasından narahatlığını dilə gətirib.
Bildirib ki,  Əmək Məcəlləsinə uyğun olaraq  iş yerini itirən şəxs və ya çıxarılanların  kompensasiya olunması nəzərdə tutulur:
“Hesab edirəm ki, özəlləşməyə çıxarılan xəstəxanaların işçilərinin kompensasiya edilməsi nəzərdə tutulmalı və ən azı iki aylıq  əməkhaqqı verilməlidir. Əgər büdcədən vəsait ayrılmayıbsa, bu məsələ öz həllini necə tapacaq? Axı, burada söhbət 3500 tibb işçisindən gedir, onlar hara gedəcəklər? Onalrın gələcək taleyi necə olacaq? Axı, onların başqa sahədə çalışması mümkün deyil?! Onlar tibb işçisi olduğundan  sonrakı taleləri bizdə narahatçılıq doğurur. Bu gün iş tapmaq məsələsi müşküldür”. 
Etikxeber.az

Read Previous

YAP rəsmisi Səməd Seyidov və XİN-ə kəskin etiraz etdi

Read Next

“İnternet medianın maliyyələşdirilməsi üçün ən az 1 milyon manat ayrılmalıdır” – AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir