“36-cı Əfv Sərəncamı ölkə Prezidenti İlham Əliyevin humanizminin, böyüklüyünün və mənəvi ucalığının növbəti sübutudur”-MİLLƏT VƏKİLİ

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti əfv Sərəncamı imzalandı. Sayca 36-cı olan bu Sərəncam ümumilikdə 625 məhkuma şamil olundu. Bu Sərəncam Azərbaycan Prezidentinin növbəti humanist addımdır. Humanizm, insanpərvərlik, xeyirxahlıq daim Azərbaycan Prezidentinin siyasətinin, onun fəaliyyətinin başlıca-prioritet istiqamətlərindən olub. Onun fəaliyyətinin, siyasətinin təməlində humanizm dayanıb. Bu, həm də cənab İlham Əliyevin böyüklüyünün, mənəvi ucalığının növbəti əyani təsdiqi və nümunəsidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib.

Bildirib ki, ümumiyyətlə, 1993-cü ilin iyunundan, mərhum dövlət başçısı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti humanizm prinslərini daim öndə, rəhbər tutub.

“Ümummilli liderimizin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda humanizm prinsipləri, ədalət bərqərar olundu. Bir neçə dəfə amnistiya aktı qəbul edildi, ölüm hökmü ləğv olundu, onlarla, yüzlərlə insan vaxtından əvvəl məhkumluqdan, məhbusluqdan azad olundu, onlara daha bir şans verildi, əməllərindən peşman olub cəmiyyətə reabilitasiya olunmaları üçün imkanlar tanındı. Bu ənənə Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirildi və bu gün də davam etdirilməkdədir.

Ölkə Prezidenti tərəfindən bu illər ərzində dəfələrlə əfv sərəncamları verildi. Sonuncu sərəncama qədər ümumilikdə 35 əfv sərəncamı imzalandı, yüzlərlə, minlərlə, təxminən 5 mindən artıq insan, məhkum əfv olundu, bağışlandı, yenidən ailəsinə qovuşdu. Eyni zamanda, hər zaman millətinin vəkili olan keçmiş həmkarımız, ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən bir neçə dəfə amnistiya aktı qəbul olundu, imzalanaraq, hüquqi qüvvəsinə mindi, minlərlə, on minlərlə insan, məhkum bu amnistiya aktlarından yararlandı, yenidən azadlığına, ailəsinə qovuşdu.

Yüzlərlə, minlərlə, on minlərlə ailənin sevincinə sevinc qatıldı. Bu dəfə də ölkə Prezidenti xalqımız üçün çox əlamətdar olan günlərdə-Novruz bayramı ərəfəsində növbəti-36-cı Əfv Sərəncamını imzalayaraq, 625 məhkumunun timsalında yüzlərlə ailəni, minlərlə insanı sevindirdi, onların sevincinə sevinc qatdı. Necə deyərlər, bayramları üstünə bayram gəldi.

Onu da qeyd edim ki, bağışlamaq, əfv etmək yalnız böyük, müdrik, dahi siyasətçilərə, dövlət liderlərinə məxsus keyfiyyətlərdir. Ölkə Prezidenti cənab İlham Əliyev də məhz bağışlamağı, əfv etməyi bacaran böyük dövlət xadimlərindən, liderlərindəndir. Odur ki, bu, növbəti humanist addımına görə cənab Prezidentə minnətdarlığımızı bildirir, Azərbaycan naminə yorulmaz fəaliyyətində növbəti nailiyyətlər arzulayırıq. Xoşbəxt xalqıq ki, İlham Əliyev kimi Liderimiz, Rəhbərimiz var. Allah Liderimizi və Azərbaycanımızı qorusun!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əfv Sərəncamı ümumilikdə 625 nəfərə-ŞAMİL OLUNDU…

Read Next

“Texniki su içməli su qiymətinə satılır, suyun qiymətləri sakinləri qane etməyən formada hesablanır və nəticədə əsassız borc yığılır…”-MİLLƏT VƏKİLİ DAHA HANSI PROBLEMLƏRDƏN SÖZ AÇDI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir