37 ilin deputatı, Qorbaçovun qənimi Məlikov, İsmayılov, 20 noyabr şəhidləri VƏ YA SONUNCU SSRİ XALQ DEPUTALARI

SSRİ Ali Soveti  keçmiş Sovet İttifaqının ən yüksək orqanı olub.

Formal da olsa, SSRİ Ali Sovetinə seçkilər isə 4 ildən (bəzən 5 ildən) biri keçirilirdi.

SSRİ Ali Sovetinin deputatı hər bir vətəndaş (23 yaş çatmış) seçilə bilirdi.

İki palatadan – İttifaq və Millətlər Sovetindən ibarət  olan SSRİ Ali Sovetinin palatalarının təmsilçiləri  bərabər sayda ibarət idi.

İttifaq Sovetinə hər 300 min əhaliyə bir millət vəkili əsasında seçilirdi, Millətlər Sovetinə isə hər İttifaq Respublikasından 32 millət vəkili, hər Muxtar Respublikasından 11 millət vəkili, hər Muxtar Vilayətindən beş millət vəkili və hər Milli Bölgəsindən bir deputat seçilirdi.

SSRİ Ali Sovetinə fəhlələr, kolxozçulər, sovet intiligensiyası, mədəniyyət və incəsənət işçiləri, dövlət və partiya rəhbərləri seçilirdi.

Azərbaycan SSR-dən (Naxçıvan MSSR və Dağlıq Qarabağ MV ilə) İttifaq və Millətlər Sovetinə 1938-1991 illərdə cəmi 710 nəfər seçilib.

SSRİ Ali Sovetinə-Xalq Deputatları Qurultayına sonuncu seçkilər isə 1989-cu ildə, Mixail Qorbaçovun (Azərbaycanda isə Vəzirovun) vaxtında  keçirilib və onun ömrü cəmi iki il çəkib.

1991-ci ilin avqustunda məşhur “QKÇP” hadisələrindən sonra SSRİ süquta uğraması ilə SSRİ Ali Sovetinin də ömrünə son verilib.

Bəs görəsən, 1989-91-çi illərdə Azərbaycanı SSRİ Ali Sovetində təmsil edən deputatlar kimlər olub?

Etikxeber.az araşdırmasını təqdim edir:

adila

ANARRRRRRRRRR-1

arif melikov

Tofiq_İsmayılov_(akademik)

Allahshukur_pashazade_13100

ayaz

vezirov

Şamama_Həsənova

turabov

Süleyman_Məmmədov_(II)

Müslüm_Məmmədov_(nazir)

Əbdürrəhman Vəzirov-Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) birinci katibi (Yanvar hadisələrindən sonra 29 ildir Moskvada yaşayır), Məşədi Əzizbəyovun nəvəsi-akademik Püstəxanım Əzizbəyova (rəhmətə gedib), akademik, eks-dövlət katibi Midhət Abbasov (rəhmətə gedib), Anar (Yazıçılar Birliyinin sədri), SSRİ Xalq artisti Arif Məlikov (rəhmətə gedib), akademik, eks-dövlət katibi Tofiq İsmayılov (20 noyabr terraktının qurbanlarındandır),  Xalq artisti Həsənağa Turabov (rəhmətə gedib), Xalq yazıçısı Mirzə İbrahimov (rəhmətə gedib), Allahşükür Paşazadə (QMİ-nin rəhbəridir), Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıqçı Xuraman Abbasova (rəhmətə gedib), Elmira Qafarova (sabiq xarici işlər və təhsil naziri, Ali Sovetin sədri-rəhmətə gedib), Müslüm Məmmədov ( Bakı Şəhər Partiya Komitəsinin keçmiş birinci katibi, sabiq xalq təhsili naziri,  Vəzirovun ən yaxın silahdaşlarından olub,  1996-cı ildə”7 Gün” qəzetinə müsahibəsində hər il bayramlarda və ad günlərində Vəzirovla zəngləşdiyini, təbrikləşdiyini bildirmişdi, rəhmətə gedib), Vəli Məmmədov ( Keçmiş “26-lar” rayonunun birinci katibi, 20 noyabr terraktının qurbanlarındandır), Vaqif Cəfərov (Şuşanın keçmiş birinci katibi olub, 20 noyabr terraktının qurbanlarındandır),  Süleyman Məmmədov (Gəncənin birinci katibi olub, Kirovabadın Gəncə ilə əvəzlənməsində xidməti olanlardandır, hazırda haqqında heç bir məlumat yoxdur), Viktor Polyanişko (Azərbaycanın sonuncu ikinci katibi,  Şimali Osetiyada qətlə yetirilib, 20 Yanvar hadisələrinin əsas günahkarlarındandır),  Ayaz Mütəllibov (Azərbaycan SSR Nazirlər Sovetinin sədri, AKP MK-nın sonuncu birinci katibi, ilk və eks-prezident, ASDP-nin keçmiş həmsədri, hazırda fəxri təqaüddədir), Zahid Şöyübov (Yevlaxda-Xaldanda məktəb direktoru işləyib, 1999-cu ildə “Şöhrət “ordeninə layiq görülüb, rəhmətə gedib), hüquq elmləri doktoru, professor Cahangir Kərimov (91 yaşında vəfat edib), Ədilə Namazova (məşhur həkim, akademik) və Eldar Salayev (AMEA-nın keçmiş prezidenti, akademik).

Bununla yanaşı,  sonuncu SSRİ xalq deputatları arasında Ruhi Ələsgərova, Güllü Əliyeva, Akif Əmənov, Ramiyyə Səfərova, Mərziyyət Çətbərova, Qönçə Səmədova, Nəzakət Sadıqova, Firudin Rzayev,  Lətif Muxtarov, Gülxanım Musayeva, Firudin Məmmədov, Sabir Müzəffərov, Səfiyyə Qocayeva, Pirzad Qiyasova, Cahangir Hilalzadə, Sara Vəzirova, Lalə Bəşirova, Nərmin Bayramova, Oqtay Əhmədov,  Tofiq Bağırov, İsmayıl Babayev, Minayə Allahverdiyeva, Zenfira Əzizova,  milləyyətcə rus olan daha 5 nəfər və bir nəfər erməni olub. Onların çoxu hazırda yaşayır.

Həmçinin, qeyd edək ki, Azərbaycanda SSR Ali Sovetinin deputatları arasında ən çox staj isə Füzuli rayonundan olan iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovaya məxsusdur. O, düz 8 dəfə dalbadal SSRİ Ali Sovetinin  (1954-1989) deputatı, 1989-91-ci illərdə isə SSRİ Xalq Deputatları Qurultayının üzvü seçilib.

2008-ci idə 85 yaşında dünyasını dəyişib.

Sonuncu SSRİ Xalq deputaları arasında Arif Məlikov, Tofiq İsmayılov, Anar və Ədilə Namazova daha çox fəallıqları ilə seçilib, Qorbaçova, SSRİ rəhbərliyinin anti-Azərbaycan və ermənipərəst siyasətinə qarşı sərt ittihamları ilə fərqləniblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

Rafael Hüseynov yazdı: “QARASI ÇOX SON FOTO”

Read Next

Deputat Heydər Əliyevdən danışarkən – GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİ VƏ ALQIŞLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir