39 rayon və şəhər – XƏRCLƏRİNİ ÖZ GƏLİRLƏRİ HESABINA TƏMİN EDƏCƏK

2020-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirləri (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 797,6 milyon manat məbləğində nəzərdə tutulub.

Etikxeber.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 58,8 milyon manat və ya 8,0 faiz çoxdur. 2020-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 6,2 faiz təşkil edəcək. Bu da əvvəlki illə müqayisədə 6,1 faiz-bənd azdır.

 Növbəti ildə 39 rayon və şəhərlər (Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri və Abşeron, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonları) xərclərini öz gəlirləri hesabına təmin edəcəklər.
Etikxeber.az

Read Previous

Bakı polisindən Milli Şuraya – XƏBƏRDARLIQ

Read Next

“43-lər” yoxsa “46-lar”? Yaxud, referendumla Konstitusiya Aktı niyə – QARIŞDIRILIR? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir