“397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə…” – BAŞ PROKUROR

Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib.

Etikxeber.az xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Baş prokuror bildirib ki, bu proseslərdə dövlətə dəymiş 18 milyon manat zərər ödənilib:

“Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur”. 

“Gəncədə baş vermiş hadisələrə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib”.

Bunu da Z. Qaralov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gəncə şəhərinin sabiq icra başçısına qarşı törədilən terror aktı, həmin terror aktını dəstəkləyən, kütləvi iğtişaşlar törətmək istəyənlər dini-radikal qüvvələrdir:

“Biz prokurorluq olaraq hər birinin istintaqını aparmışıq və kifayət qədər sübut əldə etmişik. Məhkəmə prosesi yekunlaşdığına görə qeyd edə bilərəm ki, onların cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil”.
Etikxeber.az

Read Previous

Rafael Cəbrayılovun deputatlıq səlahiyyətlərinə xitam veriləcək – SABAH

Read Next

“Dövlət daim qazilərimizin yanındadır…” – HİKMƏT BABAOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir