“4-5 gün də çal-çağırsız keçinək, nəsə itirməyəcəyik ki?!” – QƏNİRƏ PAŞAYEVA MEDİA MƏNSUBLARINI BİR ARAYA GƏTİRDİ – FOTOLAR

Bu gün “Muğam ocağı” restoranında millət vəkili Qənirə Paşayevanın, o cümlədən, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu və Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliklərinin təşəbbüsü ilə 22 iyul Milli Mətbuat Günü və Ağdamın işğalının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbir Ağdam şəhidləri başda olmaqla, bütün Azərbaycan şəhidlərinin ruhunun, xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın təqvimində əlamətdar günlərlə yanaşı, xalqımızın faciələrini yaşadan ağır, qara, ildönümü günləri də çoxdur.

“Təqvimimizdə təkcə bayramlarımız, əlamətdar günlərimiz çoxluq təşkil etmir, həm də faciələrimizin, itkilərimizin ildönümü günləri çoxdur. Bu da bizim gerçəkliyimiz, acı reallığımızdır. Belə günlərdən biri də 23 iyul Ağdam rayonunun işğalı günüdür. Həmin gün bu rayon erməni işğalçıları tərəfdindən işğal edildi və bu gün də ərazisinin böyük bir hissəsi işğal altındadır. Ancaq inanırıq və əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə həmin torpaqlara, Ağdama, digər işğal altındakı yurd yerlərimizə qayıda biləcəyik.

Milli Mətbuat Günü ilə bağlı tədbiri bu günə təyin etməyimiz həm də Ağdamı, şəhidlərimizi yad etmək istəyimizlə bağlı idi. Bu tədbir çal-çağır təbdiri kimi nəzərdə tutulmayıb, jurnalistlərin, həmkarlarımın bir araya gəlməsi, bir-biri ilə görüşməsi üçün nəzərdə tutulub. Qoy 4-5 gün də çal-çağırsız keçinək. Bundan nəsə itirməyəcəyik ki?!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Tədbirdə həmçinin millət vəkili Hikmət Babağoğlu, tanınmış jurnalistlər-Rəşad Məcid, Akif Aşırlı, Vüqar Rəhimzadə, Etibar Babayev, Aynur Camalqızı, Seymur Verdizadə, Anar Yusifoğlu, Xalid Kazımlı və digərləri çıxış edib.

Sonda jurnalistlər-tədbir iştirakçıları mükafatlandırılıb, onlara  hədiyyələr təqdim olunub.

cava-1

muğ

muğ-1

muğ-3

muğ-4

muğ-6

muğ-7

muğ-8

muğ-9

Etikxeber.az

 

 

Read Previous

Yay Olimpiya Festivalı – 8-Cİ QIZIL MEDALIMIZ – ÜZGÜÇÜMÜZ FİNALDA – FOTO – YENİLƏNİB – (4)

Read Next

“Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq…” – TAHİR SÜLEYMANOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir