4 aydan sonra tapıldı-ANA ŞƏHİD OĞLUNUN TABUTUNU DAŞIDI – FOTOLAR

Vətən müharibəsinin Fizuli istiqamətində itkin düşmüş Şəhidi, 19 yaşlı Əmirağa Mahir oğlu Ağayev bu gün doğulduğu Şabran rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Etikxeber.az Modern.az-a istinadən xəbər verir ki, dəfn mərasimində böyük izdiham yaşanıb.

Mərasimdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqannlarının, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəsmiləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Qeyd edək ki, iki bacının bir qardaşı olan Vətən müharibəsinin şəhid əsgəri,19 yaşlı Əmirağa Ağayev Şabran rayonunun Surra kəndində anadan olub.

2020-ci ilin iyul ayında Şabran rayonundan hərbi qulluğa yollanan Əmirağa Ağayevin Fizuli istiqamətində gedən döyüşlərdə itkin düşdüyü deyilirdi və oktyabr ayının 10-dan bəri ondan heç bir xəbər yox idi.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Daha 140 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları-TƏLTİF OLUNDULAR – SİYAHI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir