4 bacının tək qardaşı-Şəhid Əli Məmmədov və 3 övladı Vətənə əmanət qalan-Şəhid Nahid Mikayılov – HƏR İKİ ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNDU VƏ… – FOTOLAR

Bu gün, cəmi saatlar öncə Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 4 bacının tək qardaşı, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kəşfiyyatçısı Əli Məmmədovun ailəsini ziyatət etdik, ailəsinə baş çəkdik…

Elə bu yerdə qeyd edim ki, bugünlərdə, noyabrın 5-də Əli Məmmədovun Əbədiyyətə uğurlanmasının biri ili tamam, Anım Günü oldu…

Amma təəssüflər olsun ki, Şəhidimizin Anım Günündə iştirak edə bilmədim obyektiv səbəblərdən…

Və Şəhidimizin ailəsinə söz verdim ki, tezliklə onları ziyarət edəcəyəm…

Və gün bu gün-axşam saatlarında Şəhidimizin ailəsini – valideynləri-anası Nina xanımı, atası Əvəz kişini və bacılarını ziyarət etdim, ziyarət etdik…

Ziyarətdə Kürdəmirli Şəhid ailələrindən 4 medallı Cəmil Həşimlinin anası Simuzər xanım və qardaşı Cavid bəy, eləcə də tanınmış din xadimi Aqil xoca (Əliyev) və Kürdəmirli ictimai fəal Xətai bəy iştirak edirdi…

Öncə Şəhidimizin ailəsinə başsağlığı verdik, bir daha onlara Allahdan səbr dilədik, bir daha “Şəhidlərimizin, Əli Məmmədovun ruhu qarşısında baş əyirik!”– dedik…

Onu da qeyd edim ki, Əli Əvəz oğlu Məmmədov 2020-ci ilin noyabrın 4-də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi səhərisi gün, noyabrın 5-də öz doğma kəndlərinə, Atakişiliyə gətirilərək, torpağa tapşırılıb...

O, Suqovuşanın, Talışın azad olunmasında iştirak edib, Tərtər-Ağdərə, Kəlbəcər, Füzuli istqamətlərində-müxtəlif nöqtələrdə döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib…

Şəhidliyindən sonra 3 medalla təltif olunub…

Əli həm də subay olub...

Şəhid ailəsini ziyarətimiz təxminən iki saat çəkdi…

Əli Məmmədovun ailəsini ziyarətdən sonra daha bir Kürdəmirli Şəhid ailəsini, 20 ilin qüsursuz və peşəkar hərbçisi, Baş gizir Nahid Sovqat oğlu Mikayılovun ailəsini, xanımını və Vətənə əmanət qalan 3 övladını ziyarət etdik…

Niahid Mikayılov İkinci Vətən Müharibəsi zamanı, oktyabrın 30-da Ağdam istiqamətində döyüşlər zamanı ağır yaralınıb, cərrahi müdaxilə edilməsinə baxmayaraq, ancaq onun həyatını qurtarmaq mümkün olmayıb, o, Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra Kürdəmirə gətirilərək, rayon Şəhidlər Xiyabanında dəfn edilib…

Qeyd etdiyim kimi, Nahid Mikayıılovun 3 övladı, 3 oğlu-Nicatı, Nihadı və sonradan adını daşıyan Nahidi Vətənə əmanət qalıb…

Nahid Mikayılovun həyat yoldaşı Jalə xanıma və 3 övladına da bir daha Allahdan səbr dilədik, bir daha “Şəhidimizin məkanı cənnətlik olsun!”– dedik…

Şəhid ailəsini ziyarətimiz təxminən bir saat çəkdi…

Allah cəmi Şəhidlərimizin, o cümlədən Əli Məmmədov və Nahid Mikayılovun məqamlarını Ucalardan Uca etsin!

Nur içində yatsınlar!

Azərbaycan var olduqca, onlar da var olacaq, Azərbaycan xalqı yaşadıqca, onlar da qəlblərdə yaşayacaqlar!

Ruhları qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistan hərbi qarşıdurma yaratmaq məqsədilə dövlət sərhədində növbəti təxribata cəhd edib-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Azərbaycanda ətraf mühitin standart və qaydalarının qorunması bir çox inkişaf etmiş ölkələrdən daha güclüdür”-BERNARD LUNİN – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir