4 gün öncə Anım Günü, dünən isə toyunun 5-ci ili tamam olan, iki övladı Vətənə əmanət qalan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMAZ HACIYEVİN AİLƏSİNİ VƏ OCAĞINI ZİYARƏT… – FOTOLAR

Bu gün-7 dekabr 2023-cü il tarixində, axşam saatlarında həm Bakı şəhərinin-Binə qəsəbəsinin, həm də Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elmaz Elmar oğlu Hacıyevin ocağını, ailəsini və məzarını ziyarət etdim…

Ailənin üç övladından, üç qardaşdan biri, Şəhidliyindən bir il öncə atasını itirmiş Nur üzlü Şəhidimizin evində, ocağında oldum, anası Ziyafət xanım və ailə üzvləri ilə bir araya gəldim…

Və qeyd edim ki, ilk dəfəydi Şəhidimizin ocağında, ailəsində olurdum…

Şəhidimizin Dərdli, Yaralı, həm də Dik duruşlu anası Ziyafət xanım və ailə üzvləri ilə söhbətləşdim, dərdləşdim…

Onlara bir daha Allahdan səbr və dözüm arzuladım…

Onlara bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Bir daha Şəhidimizin müqəddəs ruhu qarşısında baş əydiyimi dilə gətirdim…

Elmaz da daxil olmaqla, cəmi Şəhidlərimizə və onları bu Vətən üçün yetişdirən ailələrə, Şəhidinə dəyər verən, Şəhidini Uca tutan valideynlərə borclu olduğumu, borclu olduğumuzu bildirdim…

Nə etsək də, Şəhidlərimizə, onların ailələrinə olan borcumuzu heç zaman ödəyə, qaytara bilməyəcəyimizi söylədim…

***

Onu da qeyd edim ki, Elmaz 2017-ci iln dekabr ayının 6-da ilə həyatı qurub…

Və bir oğlu ilə bir qızı Vətənə, ailəsinə əmanət qalıb…

Və onun ailə həyatı qurmasından 5 il ötür…

Və toyunun 5-ci ilinin tamamında ailə üzvlərinin hər birinin yuxsuna girib…

Sözün bitdiyi, kəlmələrin yenə acız qaldığı an…

Sözlərlə, kəlmələrlə ifadə edilməyəcək məqam…

***

Ziyarətimin sonunda ailə üzvləri-anası Ziyafət xanım və qardaşı Eldəniz ilə birlikdə Şəhidimizin uyuduğu Binə qəsəbə Şəhidlər Xiyabanında oldum…

Şəhidlər Xiyabanını, Elmazın və digər Nur üzlü Şəhidlərimizin məzarlarını ziyarət və ruhlarına dualar etdim…

Və ziyarətimi başa vurub, Şəhidimizin ailə üzvləri ilə sağollaşıb geriyə, şəhərə- evimə döndüm…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şuşada keçmiş erməni postu ərazisindəki tar fabrikində mina partladı-“AZƏRENERJİ” ƏMƏKDAŞI XƏSARƏT ALDI

Read Next

Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir-BİRGƏ AÇIQLAMA YAYILDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir