4 medallı Cəmil Məmmədlinin Şəhidliyindən 11 ay keçir-ŞƏHİDİMİZİN İLİNƏ BİR AY QALIR – BU GÜN MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün, 15 sentyabr tarixində İkinci Vətən Müharibəsinin iştirakçılarından olan Cəmil Habil oğlu Məmmədlınin Şəhidliyindən, torpağa tapşırılmasından 11 ay keçir, Şəhidin ilinə cəmi bir ay qalır.

Etikxeber.az-ın xəbərinə görə,əslən İsmayıllıdan olan, özü isə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan Cəmil Məmmədli düz 11 ay öncə, 2020-ci ilin okyabrın 14-ündən 15-inə keçən gecə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi elə həmin gün İsmayıllı rayonuna gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, 28 iyul 1999-cu il təvəllüdlü və evin tək oğlu olan Cəmil Məmmədli ali təhsilli olub.

2020-ci ilin iyulunda ali təhsilini başa vuran kimi hərbi xidmətə yollanıb, Əsgər olaraq İkinci Vətən Müharibəsində iştirak edib və Vətən yolunda Şəhid olub.

Cəmil Məmmədli ölümündən sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub.

Cəmil Məmmədli həm də ailədə bir bacı-bir qardaş və subay olub.

Eyni zamanda, qeyd edək ki, hər ayın 15-ində olduğu kimi, bu gün, sentyabrın 15-ində də Şəhidin ailə üzvləri, yaxınları səhər tezdən İsmayıllı Şəhidlər Xiyabanına gələrək, Cəmil Məmmədlinin məzarına baş çəkəcəkər.

Ailə üzvləri Şəhidin məzarı üzərinə gül dəstələri qoyacaq, ruhuna dualar oxuyacaqlar.

Nur içində yatsın. məkanı cənnətlik olsun-Şəhidimizin!

Allah ailəsinə səbr versin!

Ruhu qarşısında baş əyirik!

00:01

***

Gecə saatlarında və bu gün səhər tezdən, səhər saatlarında Şəhid Cəmil Məmmədlinin valideynləri onun İsmayıllı Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.

Ziyarətə digər insanlar da qatılıblar.

Şəhidin məzarı üzərinə təzə tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Bir daha qeyd edək ki, bu gün Cəmil Məmmədlinin Şəhidliyindən 11 ay keçir və onun Şəhadətinin bir ilinin tamamına cəmi bir ay qalıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Benzinin qiymətində-YENİDƏN ARTIM?!

Read Next

Yataqxanada yaşayan, evin-ailənin tək, subay övladı, 3 medallı Şəhid-RƏŞAD ƏLƏKBƏROVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR -YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir