4 medallı Qazi Hacı Muradov vəzifəyə-TƏYİN OLUNDU

İkinci Vətən Müharibəsi Qazisi, ikinci qrup müharibə əlili Hacı Əli oğlu Muradov Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Etikxeber.az xəbər verir ki, Hacı Muradov 1989-cu ildə Balakən rayonunun Qazma kəndində anadan olub, “Tarix” ixtisası üzrə Azərbaycan Universitetini bakalavr, Bakı Dövlət Universitetini isə magistr dərəcəsi ilə bitirib.

2017-2021-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi xidmət edib.

İkinci Vətən müharibəsi zamanı baş leytenant rütbəsində Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Muradov Hacı Əli oğlu “Kəlbəcərin azad olunmasına görə”, I dərəcə “Hərbi xidmətlərə görə” medalları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.

O, həm də ailəli, iki qız atasıdır.

Etikxeber.az

Read Previous

Əmək pensiyasının minimum məbləği-NƏ QƏDƏR OLACAQ?

Read Next

Daha 24 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir