4 medallı Qazimiz ailəsi ilə birlikdə kirayə qaldıqları evdən çölə atılır…QAZİMİZƏ, AİLƏSİNƏ KÖMƏK ƏLİ UZADILACAQMI? – FOTOLAR

44 günlük İkinci Vətən Müharibəsində qəhrəmanlıq, igidlik nümayiş etdirən, Qələbə və Zəfərimizdə payı, xidməti olan oğullardan, Vətən sevdalılarından biri də Nicat Nahid oğlu Salahovdur…

Əslən Salyan rayonundan olan İgidimiz İkinci Vətən Müharibəsinin ilk günündən, ilk saniyəsindən döyüşlərdə olub, döyüşlərdə iştirak edib, igidliklər, qəhrəmanlıqlar göstərib…

Ailəli və bir uşaq atası olan Nicatın döyüş yolu da uzun və şərəfli olub…

O, cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı Xocavənd istiqamətlərində olub, döyüşüb, ölümlərdən dönüb dəfələrlə…

Hətta ağır döyüşlər zamanı travma alıb, yaralanıb, bədənində hələ də qəlpə gəzdirir…

Göstərdiyi İgidliyə, Qəhrəmanlığa görə, Azərbaycan dövləti, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, düz 4 medalla təltif olunub…

Haqq edib, Haqq etdiyini də alıb, qazanıb…

Ancaq çox təəssüflər olsun ki, İgidimiz hələ də Bakıda, Nəsimi rayonunda kirayədə yaşayır ailəsi ilə…

Və çox təəssüflər və əfsuslar olsun ki, Qazimiz kirayə yaşadığı evdən çıxarılır ilin, günün bu vaxtında…

Maddi imkansızlıq üzündən kirayə pulunu ödəməkdə çətinlik çəkdiyi üçün Nicat və ailəsi kirayə qaldıqları evdən çölə atılır…

Evin, mənzilin yiyəsi, sahibi də heç bir güzəştə getmək istəmir…

Nicatın maddi durumu isə qeyd etdiyimiz kimi olduqca ağır vəziyyətdədir…

Çox üzücü və narahatedici bir durum, mənzərə…

Ona görə çox yaxşı olardı ki, imkanlı şəxslər, iş adamları, eləcə də dövlət qurumları bu məsələyə əl ata, Qazimizə, Vətən sevdalımıza maddi və mənəvi dəstək ola və onu, xüsusilə, ailəsini bu çətin durumdan qurtaraydılar…

Bu, elə həm Allaha, həm də bəndəyə xoş gedər, gedərdi…

Qazimizə, Vətən sevdalısı İgidimizə, onun ailəsinə kömək əli uzatmaq, dəstək olmaq hər kəsin, hər birimizin borcudur, borcu olmalıdır…

Kimsə bu məsələdə yaxasını kənara çəkməməlidir…

Əlaqə nömrəsi isə budur:0513615819.

Gəlin Qazimizə, onun ailəsinə əl uzadaq, dəstək və kömək olaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İstərdim ki, oğlumun hərb-döyüş yolu nəzərə alınsın, “Qarabağ” və ya “Zəfər ordenlərindən biri ilə təltif olunsun…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN ŞƏHİDİ VÜSAL NAĞIYEVİN ATASI ƏMİRASTAN NAĞIYEV ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

Read Next

“5 saylı xəstəxanada bircə Şəhidimin söyülmədiyi qaldı…”-ŞƏHİD CAVİDAN İBRAHİMLİNİN ANASI “ÜSYAN” ETDİ…ŞƏHİD ANASI VƏ AİLƏSİNƏ EDİLƏN HÖRMƏTSİZLİYƏ CAVAB VERƏN OLACAQMI, SƏHİYYƏ NAZİRLİYİ, TƏBİB ÖLÇÜ GÖTÜRƏCƏKMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir