4 medallı Şəhid Aqil Mirzəliyevin ailəsi-BAKIDA MƏNZİLLƏ TƏMİN OLUNDU…

Daha bir Şəhidimizin-İsmayıllıdan olan İkinci Vətən Müharibəsi Şəhidi, 4 medallı, ali təhsilli Aqil Mirzəliyevin ailəsi evlə-mənzillə təmin olunub.

Bu haqda Etikxeber.az-a Şəhidin anası Aynurə xanım bildirib.

Qeyd edib ki, bir müddət öncə Bakının Xocasən qəsəbəsindəki Şəhid ailələri üçün tikilmiş çoxmənzilli binadan onlara da iki otaqlı mənzil verilib, hədiyyə edilib.

“Bunun özü Şəhidimizin ruhuna hörmət, Şəhid ailəsinə bir diqqətdir. Çox istərdim və arzu edərdim ki, digər Şəhid və Qazi ailələri də tezliklə Haqq etdikləri evlə, mənzillə təmin olunsunlar”-deyə, Şəhid anası sözlərinə əlavə edib.

Onu da qeyd edək ki, bir neçə gün öncə mövludu, Cənnətdəki ilk ad günü, 22 yaşı tamam olan Şəhid Aqil Mirzəliyevin ailəsi hazırda 3 nəfərdən-anası, atası və tələbə qardaşından ibarətdir.

Şəhidin qardaşı Vüqar Mirzəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsidir.

Allah Şəhidimizin ruhunu şad etsin, ailəsinə səbr versin!

Yeni mənzil Şəhidimizin ailəsinə düşərli olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan-Portuqaliya oyunu-0:3 – YENİLƏNİB – (5)

Read Next

Daha 2557 yeni yoluxma-DAHA 39 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir