“4 mindən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır…”-PREZİDENTİN KÖMƏKÇİSİ

İtkin düşmüş şəxslər məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı humanitar nəticələrindən biri olaraq qalır.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” də bildirib.

Qeyd edib ki, Birinci Qarabağ müharibəsindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır.

Vurğulayıb ki, minlərlə ailə yaxınlarının taleyi və harada olması barədə məlumat almaq kimi fundamental hüquqdan məhrum şəkildə qeyri-müəyyənlik içində yaşamağa davam edir.

Prezidentin köməkçisi bildirib ki, davam edən axtarış, qazıntı və identifikasiya işləri nəticəsində 889 insan qalıqları ekshumasiya edilib, 313 itkin şəxsin kimliyi DNT və məhkəmə-tibbi analizlər vasitəsilə müəyyən olunub, 226 nəfərin qalıqları isə dəfn üçün ailələrinə təhvil verilib:

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 32 kütləvi məzarın aşkarlanması humanitar faciənin miqyasına dair əlavə sübutlar təqdim edir və itkin şəxslərin taleyinin aydınlaşdırılması üçün davamlı əməkdaşlığın zəruriliyini göstərir. İtkin düşmüş şəxslər məsələsinin həlli yalnız humanitar öhdəlik deyil. Bu, həm də ədalət, insan ləyaqəti, barışıq və davamlı sülh məsələsidir. Müəyyən edilən hər bir şəxs bir ailəni yaxınına yaxınlaşdırır. Tapılan hər bir insan qalığı həqiqətin bərpasına və yaddaşın qorunmasına xidmət edir”.

Etikxeber.az

Read Previous

Şərurlu İkinci Vətən Müharibəsi, “Qisas” və Antiterror Şəhidləri-NƏŞİ 7 AYDAN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN ƏLİ YUSİFOV, ÖZÜNƏ ŞƏHİDLİK DİLƏYƏN MƏMMƏD ZAMANLI, 25 YAŞININ TAMAMINDAN AZ SONRA ŞƏHİD OLAN ƏLİ ƏLİYEV, İTKİN ŞƏHİD İBRAHİM VƏLİZADƏ VƏ AİLƏLİ-TƏK OĞUL ELÇİN İBRAHİMLİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

28 yaşının tamam olması ilə bağlı-ŞƏRURLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ-İTKİN ŞƏHİD İBRAHİM VƏLİZADƏNİN BÜSTÜ ZİYARƏT OLUNDU, TOVUZLU ŞƏHİD AİLƏLƏRİ TƏRƏFİNDƏN ŞƏHİDİN AİLƏSİNƏ XALÇA HƏDİYYƏ EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir