Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyev 2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilsin:
Nazim Timur oğlu Məmmədov
İmaməddin Rəcəbəli oğlu Əmiraslanov
Nadir Allahverdi oğlu Abdullayev
Ziya Saxavəddin oğlu Əliyev.
Etikxeber.az