4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdi

Şəkidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  
Etikxeber.az xəbər verir ki, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Şəki regional Mərkəzindən APA-nın Şəki-Zaqatala bürosuna bildirildiyinə görə, hadisə bu gün saat 16.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Şəki rayonunun Cuma kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” markalı avtomobil ilə “VAZ 21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan bildirib ki, xəsarət alanlardan ikisinin vəziyyəti nisbətən ağır hesab edilir. Onların şəxsiyyəti hələlik  dəqiqləşdirilməyib. Məlumatda bildirilir ki, xəsarət alanların hamısı “Mercedes” markalı avtomobilin sərnişinləridir.

Faktla bağlı DİN Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Etikxeber.az

 

Read Previous

“Exit-poll”un nəticələri gün ərzində üç dəfə, günün sonunda isə yekun nəticələr ictimaiyyətə təqdim olunacaq.

Read Next

Rövşən Səfərov XV Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir