4 saylı Mediasiya Təşkilatının xidmətə uyğunluğu üzrə-MONİTORİNQ APARILDI VƏ… – FOTOLAR

Mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiya tərəfindən həyata keçirilən monitorinqlər davam etdirilir.

Məlum olduğu kimi, Mediasiya Şurası İdarə Heyətinin 21.12.2021-ci il tarixlı qərarı ilə, yeni yaradılmış mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi və onların gələcək fəaliyyətlərinin zəruri monitorinqinin həyata keçirilməsi üçün Xüsusi Komisiya yaradılıb.

9 nəfərdən ibarət Komissiya yaradıldığı ilk gündən fəaliyyətə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri – Esmira Hüseynova, Mayıl Əhməd, Elçin Həsənov və Anar İsayev Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 5a, “Life Centre”, Giriş 6 ünvanında yerləşən 4 saylı Mediasiya Təşkilatının ofisi ilə tanış olub, o cümlədən mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqini həyata keçiriblər.

4 saylı Mediasiya Təşkilatının təsisçisi Cabbar Həsənov təşkilatda fəaliyyət göstərəcək mediatorlara müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı, o cümlədən təşkilatda kargüzarlıq işinin qanunvericiliyin tələbinə uyğun qurulması barədə Komissiya üzvlərinə geniş məlumat verib.

Xüsusi Komissiyanın üzvləri təşkilatın yerləşdiyi ofisdə mediasiya prosesləri zamanı mediatorlarla vətəndaşların görüşləri üçün yaradılmış, xüsusi dizaynla təmir edilmiş, zəruri mebellə təchiz edilmiş otaqların şəraiti ilə bilavasitə tanış olublar.

Komissiya tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərlə əlaqədar şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı təşkilatın təsisçisi Cabbar Həsənova müvafiq tövsiyyələr verilib.

Sonda Komissiya tərəfindən təşkilatın ofisinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılıb və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunub.

Etikxeber.az

Read Previous

511 yeni yoluxma-DAHA 13 ÖLÜM…

Read Next

RƏNGLƏR DÜNYASININ İLAHƏSİ: MARAL RƏHMANZADƏ-105 – Qənirə Paşayeva yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir