“40 illik problem bir günə həll edilə bilməz, bu, bir başlanğıcdır…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN PREZİDENTƏ MİNNƏTDARLIQ

Bu gün cənab Prezident “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən Azərbaycanın 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Meliorasiya və Su Təsərrüfatı ASC-ə vəsait ayrılmışdır.Sevindirici haldır ki, cənab Prezident bizi də diqqət və qayğısından kənarda qoymamış, Sərəncama Biləsuvarın da adı salınmış, Dərvişli kəndində 2 ədəd subartezian quyusunun qazılması qərara alınmışdır.Başa düşürəm, problemlərimiz böyükdür, lakin 40 illik problem bir günə həll edilə bilməz, bu, bir başlanğıcdır.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov dilə gətirib.

“Və bu layihədən ən azı bir neçə kəndimiz mükəmməl formada faydalana biləcək.Sual verə bilərsiz niyə Dərvişli? – Çünki, Biləsuvar rayonunda artezian üçün yeganə yararlı ərazi Dərvişli kəndidir.Bütün bunların fonunda özümün, habelə təmsil etdiyim Biləsuvar sakinlərinin adından cənab Prezidentə təşəkkür edirəm!Cənab Prezident, bu çətin günlərdə, dünyanındakı ağır iqtisadi böhranın fonunda, neftin qiymətinin ən minimuma endiyi bir şəraitdə atdığınız bu addım həqiqətən Sizin böyüklüyünüzün, vətəndaşın yanında olmanızın göstəricisidir! Sizə minnətdarıq!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

KİV, dil haqqında və başqa bir neçə-QANUNA İKİNCİ OXUNUŞDA BAXILDI VƏ…

Read Next

“İcra hakimiyyəti orqanları ilə vətəndaşların münasibətlərindəki problemlər daha qabarıq özünü göstərirdi və təsadüfi deyil ki…”-ZAHİD ORUC OMBUDSMANIN HESABATI HAQQINDA İLK DƏFƏ DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir