Rusiyanın paytaxtı Moskva şəhərində 40 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Etikxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində üçü uşaq olmaqla 9 nəfər xəsarət alıb.
Məlumata görə, 70 nəfər xilasedicilər tərəfindən binadan təxliyə olunub.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin səbəbləri araşdırılır. İlkin versiyaya əsasən, yanğına binanın 1-ci mərtəbəsində elektrik kabellərində baş verən qısaqapanma səbəb olub.
Etikxeber.az