42 yeni yoluxma-ÖLÜM FAKTI QEYD ALINMAYIB…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, son sutkada COVID-19-la bağlı ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 061 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 782 023 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib, aktiv xəstə sayı 341 nəfərdir.

Ölkədə son sutka ərzində 4 048, hazırkı dövrədək isə 6 714 357 test aparılıb.

Etikxeber.az

Read Previous

8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub-DİM

Read Next

Ailənin iki övladından biri, subay, 21 yaşında Şəhid olan-RƏŞAD NADİROVUN MƏZARI ZİYARƏT EDİLDİ, ABİDƏ KOMPLEKSİNİN AÇILIŞI OLDU, EHSAN-İFTAR SÜFRƏSİ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir