49 ailə-232 nəfər Kəngərli kəndinə köçürüldü-BU GÜN – FOTO

Bu gün Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.

Etikxeber.az xəbər verir ki, bu gün 49 ailə (232 nəfər) Kəngərli kəndinə köçürülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Onu da qeyd edək ki, Ağdam rayonundan – 31 ailə (151 nəfər), Ağcabədi rayonundan – 7 ailə (33 nəfər), Yevlax şəhərindən – 3 ailə (13 nəfər), Bakı şəhərindən –3 ailə (11 nəfər), Bərdə rayonundan – 2 ailə (11 nəfər), Mingəçevir şəhərindən –1 ailə (6 nəfər), Şəki rayonundan –1 ailə (4 nəfər), Oğuz rayonundan – 1 ailə (3 nəfər) Kəngərliyə yola salınıb.

Beləliklə bugünkü köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 109 ailə (487 nəfər) köçürülmüş olur.

Etikxeber.az

Read Previous

Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxs-TƏLTİF EDİLDİ

Read Next

Bu yollarda yenə sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir