49 yoluxma qeydə alındı, 62 nəfər müalicə olunaraq, evə buraxıldı-OPREATİV QƏRARGAH

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Etikxeber.az

Read Previous

Prezident yeni hakimiyyət qurdu. İndi yeni milli müxalifət doğulmalıdır!-ZAHİD ORUC YAZDI

Read Next

MM-in komitə sədri seçicilərilə-DANIŞDI, BİR ÇOXUNUN PROBLEMİNİ HƏLL ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir