5-ci çağırış MM-in üzvləri – SABAH SONUNCU DƏFƏ ÜZ-ÜZƏ GƏLƏCƏKLƏR

5-ci çağırış Milli Məclisin (MM) sabah  sonuncu plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

Qeyd edək ki, parlamentin dünənki iclasında spiker Oqtay Əsədov 3 dekabrda MM-in  sonuncu  yığıncağının olacağını bildirib.

Bununla yanaşı, gündəmdə xeyli qanun layihələrinin dayandığını və gələcəkdə növbəti iclasın keçirilə biləcəyinin istisna olunmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, MM üzvləri 5-ci çağırış parlamentin vaxtından əvvəl buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı qərar layihəsi qəbul ediblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bunlar parlamentin işinin təşkilində müəyyən çətinliklər yaradır…” – ELDAR İBRAHİMOV

Read Next

Nazirlik Prezidentin Sərəncamı ilə bağlı – AÇIQLAMA YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir