5-ci dəfə seçilərə qatılan-BAXCP SƏDRİNİN NAMİZƏDLİYİ QEYDƏ ALINDI

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin deputatlığa namizədliyi 36 saylı Xətai dördüncü Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə BAXCP-nin Seçki Qərargahından məlumat verilib.

Qeyd edək ki, BAXCP sədri 5-ci dəfədir seçkilərə qatılır.

O, 2004-cü ildən-ikinci çağırışdan bu yana parlamentin üzvüdür.

Onu da qeyd edək ki, Q. Həsənquliyevin deputatlığa namizəd olduğu dairəni hazırda parlamentdə millət vəkili Səməd Seyidov təmsil edir.

S. Seyidov isə bu dəfə seçkilərə Qazax rayonundan qatılıb.

Etikxeber.az

Read Previous

Eks “525”-çi – MAHİR ASLANOVUN “DAİRƏSİ”NDƏN DEPUTATLIĞA NAMİZƏD OLDU

Read Next

“Nə Obama, nə xanım Klinton Süleymaninin öldürülməsinə razı olardı…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir