“5 hektara qədər torpaq sahəsi olan, amma gəlirlərinə görə, aztəminatlı ailələrin uşaqlarının da təhsil haqları dövlət tərəfindən qarşılansın”-ƏLİ MƏSİMLİ

Ötən il koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin uşaqlarının təhsil haqqını dövlət qarşıladı.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin komitə sədrinin müavini Əli Məsimli deyib.

O, bildirib ki, bu addım müsbət qiymətləndirilir:

“Həmin humanist addım bu il də davam edəcək. Amma bir nüansı qeyd etmək istəyirəm ki, bu, adına pay torpaqları olan və həqiqətən aztəminatlı olan ailələrinin uşaqlarına şamil edilmir. Bu məsələyə yenidən baxılmasını təklif edirəm. Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin uşaqlarının bu humanist addımdan yararlanması təmin olunsun. 5 hektara qədər torpaq sahəsi olan, amma gəlirlərinə görə, aztəminatlı olan ailələrin uşaqlarının da təhsil haqları dövlət tərəfindən qarşılansın. Təhsil prioritetdir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Məqsəd Azərbaycan-Türkiyə arasındakı sosial, ictimai, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına yardımçı olmaqdır…”-ƏLİYEVA ERENLƏ BİR ARAYA GƏLDİ – FOTOLAR

Read Next

“Görmək çətin deyil ki, qlobal youtube və sosial şəbəkələr virtual Azərbaycanın gerçək aləm olduğunu şüurlara sırıyır…”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir