5 il öncənin unudulmaz tarixçəsi…-KAMİL HƏMZƏOĞLU YAZIR

25 aprel 2021-ci il…

İkinci Vətən Müharibəsindən, tarixi Zəfərimizdən cəmi və cəmi 5 ay sonra…

Kürdəmir…

Şəhid Nahid balamızın, Nahid Qardaşımızın, üç övladı Vətənə əmanət qalan Nahid Mikayılovun Cənnətdəki ilk doğum günü və adını daşıyan “Şəhid bulağı”nın açılışı…

Açılışa qatılan Kürdəmirli Qəhrəman Şəhid Anaları…

Roza Ana, Simuzər Ana, Akifə Ana, İlhamə Ana, Səhər Ana…

Onda hələ heç kimi heç kimi tanımırdı çoxluq, əksəriyyət etibarilə…

Onda hələ hamının-Şəhid ailələrinin başı qarışıqıydı, öz dərdlərində, öz haylarında idi…

Onda hələ Şəhid tədbirləri, Cənnətdəki doğum günü, mövlud məclisləri yeni-yeni keçirilməyə başlayırdı…

Hamı-əsl Şəhidsevərlər də, elə Şəhid ailələri də bir-birilə yeni tanış olmağa və yaxından bir-birini tanımağa başlayrdı…

Bundan, 25 apreldən cəmi günlər öncə isə Mingəçevirdə Şəhid tədbirdində Şəhid Cəmilimizin Anası, üç Qəhrəman Oğulun Simuzər Ana ilə tanış olmuşdum və o məni Kürdəmirə dəvət etmişdi…

Mən də söz vermişdim ki, mütləq gələcəyəm, Kürdəmirli Şəhid ailələrini ziyarət edəcəyəm…

Və hər zamankı kimi sözümə, vədimə də əməl etdim, həmin gün-21 aprel 2025-ci il tarixində ilk dəfə Kürdəmirə Şəhid tədbirinə getdim…

Bu fotoları da orada, “Şəhid bulağı”nın açılışında çəkdim, çəkdirdim…

Mənim üçün tarixi, nadir, qiymətli fotolardır…

Üstündən də beş il keçir…

Az müddət də deyil…

Ancaq mənim üçün hər zaman qiymətli, nadir fotolar kimi arxivimdə, yaddaşımda…qalacaq…

…Bu gün Nahid Qardaşımızın, Nahid Mikayılovun Cənnətdəki altıncı doğum günüdür…

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Allah ailəsinə, Jalə Xanıma, övladlarına, eləcə də fotolardakı və cəmi Şəhid Analarına səbr və dözüm versin!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının rəhbəri

Read Previous

Üç övladı Vətənə əmanət qalan, Orden haqqı hələ də tanınmayan Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi Nahid Mikayılovun-CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR, 44 YAŞI TAMAM OLUR…

Read Next

Zelenskidən Əliyevə-MİNNƏTDARLIQ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir