5 medal və “Azərbaycan Bayrağı” ordenli, əfsanəvi Xüsusi Təyinatlı Devran Naibovun Şəhidliyindən, Əbədiyyətə uğurlanmasından 2 il keçdi: MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB

Bu gün Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Devran Naibovin (Nayıbovun) Əbədiyyətə uğurlandığı gündür.

Devran Naibovun Şəhidliyindən, torpağa tapşırılmasından bir il keçir.

Bu gün onun Anım günüdür.

Etikxeber.az xəbər verir ki, Devran Naibov 1993-cü ilin noyabrın 30-da Bərdədə, sadə bir ailədə dünyaya gəlib.

Ailədə 3 qardaş, 1 bacı olublar.

Peşəkar hərbçi-Kiçik gizir Devran həm də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Dastan yazan İgidlərindən, Qəhrəmanlarından olub.

Devran həm Aprel, həm də İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub.

İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə olub.

Döyüşüb, vuruşub, bir sıra qəhrəmanlıqlara imza atıb.

Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib.

Oktyabrın 8-də Şəhid olan Devran Naibovun nəşi Bərdə rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 5 medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Məzarı başında çıxışlar olunub, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Devran Naibovun ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Təxminən 1 saat davam edən ziyarətdən sonra ailəsinin yaşadığı evdə-həyətdə Anım mərasimi keçirlib, adına ehsan verilib.

Ziyarət və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Anım mərasimində də bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

Məkanı cənnətlik, məzarı behiştlik , məqamı Ucalardan uca olsun!

Nur içində yatsın!

Xatirəsi daim qəlblərdə yaşayacaq!

12:11

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 77 yeni-YOLUXMA…

Read Next

Səbail YAP-çıları, Səbailli, Goranboylu və Ucarlı Şəhid ailələri-MƏLİKBALLIDA ŞƏHİD ORXAN İSMAYILOVUN MƏZARINI VƏ OCAĞINI ZİYARƏT ETDİ, ANASI HƏCƏR İSMAYILOVAYA “VƏTƏN NAMİNƏ”NİN “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir