5 medallı Şəhid və Şəhid anası…İki foto….Xoşbəxt, bəxtəvər ana və dərddən, kədərdən yumağa dönən ana…Və ya heç nə təsadüf deyilmiş…-KAMİL HƏMZƏOĞLU YAZDI

Dünən axşam, təxminən saat 7-nin yarısı Şəhidimiz, Şəhid balamız Cəmilgilə (Cəmil Məmmədli) gedirdim…

Taksi sifariş etsəm də, gəlib çıxmadı…

Məni də az-çox tanıyanlar yaxşı bilir ki, qətiyyən, gecikməyi, gözlətməyi sevmirəm, söz verdimsə, vaxtında, dəqiqəsində həmin məkanda olmalıyam…

Nə isə…Küçəyə çıxıb, bir qədər gözlədikdən sonra bir taksiya mindim və xahiş etdim ki, bir az tez sürsün, Şəhid ailəsinə baş çəkməliyəm…

Elə bunun deyən kimi, taksi sürücüsü onun da çox əziz bir insanının, səhv etmirəmsə, dayısı oğlunun Şəhid olduğunu dedi…

Soruşdum ki, kimdir, adı nədir, dedi ki, adı Teymur, soyadı Məcidzadə

Leytenant…Əslən də Füzulinin Gecəgözlü kəndindindir…Elə özü də o kəndəndir…

Füzilidən məcburi köçkün düşərkən də, Teymur haradasa 8-10 aylıq imiş…

Araya bir anlıq sükut çökdü…

Sonra dedi ki, Teymur noyabrın 9-da, müharibənin başa çatmasına bir neçə saat qalmış Şuşa ətrafında döyüşlər zamanı Şəhid olub…

Soruşdum ki, ailədə necə uşaq idilər, dedi ki, bir qardaş, bir bacı…Və…Onu da dedi ki, İkinci Şəhidlər Xiyabanında dəfn edilib…

İkinci Şəhidlər Xiyabanı deyən kimi də, dərhal xatırladım…Çünki bir neçə gün öncə İkinci Şəhidlər Xiyabanında olarkən, onun da məzarını ziyarət etmiş, haqqında da qısaca yazmışdım Etikxeber.az-da…

Anası bala, oğul deyib fəryad edirdi…

Demək ki, həyatda heç nə təsadüf deyil-deyilmiş…

O gün İkinci Şəhidlər Xiyabanında məzarını ziyarət etdiyim Teymur haqqında eşitmək, onu bir daha tanımaq varmış qismətdə…

Teymur İgidliyinə, Qəhrəmanlığına görə də 5 medalla təltif olunub…Özü də subay imiş…

Cəmilgilin evinə yaxınlaşanda, adını da öyrənməyi unutduğum taksi sürücüsü telefonunun yaddaşında saxladığı-yəni, Teymur fotolarını, anası ilə çəkdirdiyi son fotonu göstərdi və dedi ki, qardaş, bu fotoya da bax, anasının indiki fotosuna da…

Dedi və qəhərləndi…

İkinci fotoya baxarkən məni sanki ildırım vurdu…

İlahi, dərd, kədər insanı nə qədər dəyişərmiş, tanınmaz edərmiş…

Oğlu ilə çəkdirdiyi fotoda yaşından da cavan, xoşbəxt görünən ana indi sanki çox yaşlı, saçları ağarmış bir qadına dönmüşdü…

Taksidən necə düşdüm, heç özüm də bilmədim…

Cəmilgildə də anası Aygün xanımla söhbətdə bir daha onu xatırladım…

Elə dünəndən bu günə, indiyə kimi, o foto, o fotolar gözümün önündən getmir…

Allah Şəhidimizin ruhunu şad, məzarını behiştlik, məkanını özü kimi, nurlu etsin, nür üzlü Şəhidimizin…

Allah dərddən yumağa dönmüş anasına, kədərli atasına atasına, əzizlərinə səbr versin!

Allah bu İgid, olduqca qəddi-qamətli, yaraşıqlı balamızın, cəmi gözəl, nur üzlü balalarımızın qanına bais olmuşların, erməni-rus alçaqlarının bəlasını versin!

Milyon kərə Amin!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şahinin Şahin övladı-ŞAHLAR ƏLİYEV!

Read Next

Hələ də yataqxanada yaşayan Məğrur və Qürurlu-ŞƏHİD AİLƏSİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir