5 medallı və bir ordenli Leytenant-TEYMUR MƏCİDZADƏNİN ŞƏHİDLİYİNDƏN BİR İL KEÇDİ – ANIM GÜNÜNDƏ İZDİHAMLI ŞƏKİLDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Füzuli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Teymur Tehran oğlu Məcidzadənin Şəhid olduğu gündür.

Bu gün Onun Şəhidliyindən bir il keçir.

Düz bir il öncə, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış Teymur Məcidzadə Şuşa şəhərində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Bu gün Teymur Məcidzadənin Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, Teymur Məcidzadə 1992-ci ilin oktyabr ayının 10-da Füzulinin Gecəgözlü kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra, 2010-2014-cü illərdə  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” üzrə ali təhsil alıb.

Leytenant Teymur Məcidzadə İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib.

Və noyabr ayının 9-da qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi Bakı şəhərinə gətirilərək, İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 5 medal, bugünlərdə isə bir ordenlə təltif edilib.

Teymur həm də subay və evin tək oğlu olub.

00:05

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanında məzarı ziyarət edilib.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra İkinci Şəhidlər Xiyabanında yüzlərlə insanın iştirakı ilə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, Müdafiə Nazirliyinin (MN) hərbi orkestrinin ifasında Dövlət himni səsləndirilib.

Çıxışlar edilib və çıxışlar zamanı İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, 8 noyabr-Zəfər Günümüzdən, Şəhidlərimizin İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Qələbə və Zəfərimizə görə, Şəhidlərə borclu olduğumuz dilə gətirilib.

Eyni zamanda, Şəhid ailələrinə başsağlığı verilib, onlara Allahdan səbr dilənilib.

Bir saat yarımdan çox davam edən ziyarətdən sonra Bakıdakı “Monte Carlo” restoranında Şəhidin Anım mərasimi keçirilib.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Bakıdan, Füzulidən, Bərdədən, Sumqayıtdan, Qubadan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə bir daha Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bir daha Şəhidin və Şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdə həmçinin Dövlət himni səsləndirilib.

Mərasimdə də çıxışlar edilib.

Mili Məclis (MM) sədrinin müavini Adil Əliyev, Şəhidin valideynləri-Yasəmən xanım və Tehran bəy, Şəhid ailələrindən Mətanət xanım, Mehriban xanım, Radə xanım, Elman bəy və digər Şəhid ailələrinin üzvləri çıxış ediblər.

Çıxışlarda bir daha Şəhidlərimizlə Fəxr edildiyi və Qürur duyulduğu bildirilib.

Qeyd edilib ki, Şəhidlər hər biri Şəhidliyinə qədər, sadəcə, bir ailənin övladı idisə, Şəhidliklərindən sonra bütün Azərbaycanın övladına çevrildilər.

Bir gecədə həm özlərini tanıtdılar, həm də ailələrini bütün Azərbaycana tanıtdılar.

Çıxışlardan sonra anım mərasimi davam edib və mərasim bir neçə saat çəkib.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Allah ailəsinə səbr versin!

15:31

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ:

ANALAR YANAR, AĞLAR VƏ YA SÖZÜN BİTDİYİ YER…

ŞƏHİD ANASI…QƏHRƏMAN ANA…YASƏMƏN ANA…

***

İKİNCİ ŞƏHİDLƏR XİYABANINDA ŞƏHİDLƏRLƏ BAĞLI MƏRASİM…

VƏ ANIM MƏRASİMİ…

ŞƏHİDİN QƏHRƏMAN, MƏĞRUR, DİK DURUŞLU VALİDEYNLƏRİ…YASƏMƏN XANIM VƏ TEHRAN BƏY…

***

ŞƏHİD AİLƏLƏRİ, ŞƏHİD ATA-ANALARI…QƏHRƏMAN ATA-ANALAR…QAZİLƏRİMİZ, İGİDLƏRİMİZ…

MİLLƏTİNİN VƏKİLİ OLAN VİTSE-SPİKER ADİL ƏLİYEV…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Bayraq Günü münasibətilə-PAYLAŞIM ETDİ…

Read Next

Daha 1885 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir