3 polkovnik general oldu və…- SƏRƏNCAM

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

ILHAM ELIYEV

Həmçinin bir nəfər 2-ci, bir nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 14 nəfər “Vətən uğrunda”, 4 nəfər “İgidliyə görə”, 23 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.

Dövlətimizin başçısının digər Sərəncamı ilə iki nəfərə “general-leytenant”, 3 nəfərə “general-mayor” ali hərbi rütbələri verilib.

Azərbaycan Prezidentinin başqa bir Sərəncamına əsasən isə üç nəfər “Əməkdar artist”, bir nəfər “Əməkdar müəllim”, bir nəfər “Əməkdar həkim”, bir nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, bir nəfər “Əməkdar mühəndis”, bir nəfər “Əməkdar tibb işçisi” fəxri adları ilə təltif ediliblər.

Etikxeber.az

Read Previous

Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib – BNA-dan RƏSMİ AÇIQLAMA – FOTOLAR

Read Next

Abituriyentlərin yerinə tələbələri qəbul imtahanına buraxmaq istədilər – CİNAYƏT İŞİ BAŞLANILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir