Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hələ də öz vəzifəsinin, öz işinin, öz səlahiyyətinin məsuliyyətini… axıradək anlamayan qurumlar və şəxslər var…
Hələ də öz peşələrinə, öz vəzifələrinə, Hippokrat andına hörmət qoymayan səhiyyə, tibb işçilər var…
Hələ də Şəhid nədir, Şəhid müqəddəsliyi nə deməkdir, Şəhid ailəsinə necə ehtiram gösrətilməlidir… kimi dəyərləri anlamaqda zorluq çəkən şəxslər, səhiyyə müəssisələri, səhiyyə və tibb işçiləri var…
Hələ də hər şeyi maddiyyatla ölçən, pul gözündə görənlər, nəfsinə, dilinə hakim olmayan məxluqlar var…
Çox təəssülər olsun ki, sayları da bir deyil, beş deyil, gündən-günə də artmaqdadırlar…
Dünən, 19 iyun tarixində, elə bu saatlarda Şəhid anasının zəng zamanı mənə danışdıqlarından dəhşətə gəldim…

Şəhid Cavidan İbrahimlinin anası Gülüş xanımın dediklərindən:
“Böyük oğlum əməliyyata hazırlaşırdı…İcbarı sığorta məni Bakıdakı 5 saylı xəstaxanaya yönləndirdi… Kaş ki, getməz, o dəhşətli, insanlıq adına ləkə olan mənzərəni görməz olaydım…Xəstəxanada ancaq hörmətziliklə, kobudluqla qarşılaşdım… Allahın analinizi belə götürmədilər…O onun, bu bunun üstünə atdı…Bircə Şəhidimin söyülmədiyi qaldı bu vicdansız, həkim, tibbi işçisi adına layiq olmayanlar tərəfindən…Düzdür, oğlum əməliyyat olundu, ancaq özəl klinikalardan birində…Ancaq hələ də üzləşdiyim, qarşılaşdığım mənzərdən özümə gələ bilmirəm…Belə də biabırçılıq, belə də hörmətsizlik olar? Şəhidə, Şəhid ailəsinə verilən dəyər, qiymət budurmu? Axı, Şəhidlərimizin qanı hələ soyumayıb, yaramız hələ qaysaq bağlamayıb, bunumu görəcəkdik, bunumu yaşayacaqdıq? Söz tapmıram deməyə…”.
Bəli, sözün də, kəlmələrin də yenə aciz qaldığı an…
Nə deyəsən bu mənzərəyə, bu olaya, insanlıq, həkimlik adına ləkə gətirən hadisəyə???
Biz hara gedirik, nə edirik bu gedişlə???
Bu cür addımbaşı rast gəlinən biabırçılıqlara bir dur deyiləcəkmi, son veriləcəkmi???
Səhiyyə Nazirliyi, TƏBİB…, hüquq-mühafizə orqanları bu cür biabırçılıqların, Şəhid, Qazi ailələrinin… hər addımda aşağılanmasına, incidilməsinə son qoyacaqlarmı, lazımı ciddi cəza tədbirləri görəcəklərmi?
İnanmağımız gəlməsə də, inanmaq istərdik…
Axı, ümid ən sonda ölür deyirlər?!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az