50 nəfərlik ilk Milli Şura – SONUNCU ÇAĞIRIŞ ALİ SOVETİN ÜZVLƏRİ HARADADIR? – NÖVBƏTİ YAZI

1991-ci ilin avqustun 30-da Azərbaycan ikinci müstəqillik əldə etdikdən, 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya Aktı keçmiş Ali Sovet tərəfindən qəbul olunduqdan sonra parlamentin fəaliyyətində dəyişikliklər zərurəti yarandı.

Keçmiş Ali Sovetdəki “Demokratik” Blokun üzvləri parlamentin iclaslarının az keçirilməsinə etiraz edərək, onun daha çevik fəaliyyət göstərməsinə nail olunması üçün 50 nəfərdən ibarət Milli Şuranın yaradılması təklifi ilə çıxış etdilər.

Uzun sürən gərgin müzakirələrdən sonra əksəriyyəti keçmiş kommunistlərdən olan Ali Sovet, keçmiş Ayaz Mütəllibov hakimiyyəti 25-i hökumətyönlülərdən, 25-i “demblokçu”lardan olan ibarət olan 50 nəfərlik Milli Şuranın yaradılmasına razılıq verdilər.

Beləliklə, 1991-ci ilin sonlarına yaxın 360 nəfərdən ibarət olan Ali Sovetin daimi fəaliyyət göstərəcək orqanı-Milli Şura yaradıldı və bu tərkibdə ilk Milli Şuranın (sonradan adı dəyişdirilərək Milli Məclis adlandırıldı)  üzvləri təsdiqləndilər:

20m

elmira qafarova

issAA

YAQUB-11

Elmira Qafarova – Şəmsabad seçki dairəsindən deputat, Ağdaş rayonu, Azərbaycan Respublikasının Ali Sovetinin sədri (rəhmətə gedb)

Ziyad Səmədzadə – Xaçmaz seçki dairəsindən deputat, Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini (sonradan baş nazirin birinci müavini oldu, onu birinci vitse-spiker postunda Tamerlan Qarayev əvəzlədi, hazırda Milli Məclisin komitə sədridir)

Tamerlan Qarayev – Ağdam ikinci şəhər seçki dairəsindən deputat, Ağdam rayonu, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini (sonradan birinci müavin oldu, hazırda səfir işləyir)

Sərvər Aslanov – Nizami seçki dairəsindən deputat, Bakı şəhərinin 26 Bakı Komissarı rayonu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (rəhmətə gedib,  sabiq deputat-professor Rəbiyyət Aslanovanın qayını olub)

Fizulu Axundov – Maştağa seçki dairəsindən deputat, Bakı şəhərinin Lenin rayonu ,Azərbaycan Bədii Fondunun tərtibatçı rəssamı (hazırda işləmir)

Bəxtiyar Vahabzadə – N.Tusi seçki dairəsindən deputat, Bakı şəhərinin Xətai rayonu, Azərbaycanın Xalq şairi, M.Ə. Rəsulzadə adına BDU-nun professoru (rəhmətə gedib)

Yusif Vəkilov (Səmədoğlu) – Daş Salahlı seçki dairəsindən deputat, Qazax rayonu, “Azərbaycan“ jurnalının baş redaktoru-(rəhmətə gedib)

Rəhim Qazıyev – Şəki birinci şəhər seçki dairəsindən  deputat, Şəki şəhəri, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü (sonradan müdafiə naziri oldu, bir neçə il həbs həyatı yaşadı, hazırda işləmir)

Tofiq Qasımov – Kalininkənd seçki dairəsindən deputat, Ağstafa rayonu, Azərbaycan Respublikası EA Fizika İnistutunun  böyük elmi işçisi-(sonradan xarici işlər naziri oldu, hazırda İsveçdə yaşayır)

İsa Qəmbər(ov) – Babək adına seçki dairəsindən deputat, Bakı şəhərinin Xətai rayonu, Azərbaycan Xalq Cəbhəsi İdarə Heyəti sədrinin müavini -(sonradan spiker və “Müsavat”ın başqanı oldu, hazırda işləmir, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəridir)

Tofiq Əzizov – Sahil seçki dairəsindən deputat, Bakı şəhərinin Suraxanı rayonu , ”Nord” Elm-istehsalat Birliyinin baş direktoru- (sonradan baş nazirin müavini-DƏK-in sədri oldu, rəhmətə gedib)

Hacıbaba Əzimov – Kərgəlan seçki dairəsindən deputat, Lənkəran şəhəri, Azərbaycan Dövlət Pedoqoji Universitetinin kafedra  müdiri – (sonradan Lənkəran Dövlət Universitetinin rektoru və VAMBP-nin sədr oldu, hazırda işləmir)

Sülhəddin Əkbər – Qıvraq seçki dairəsindən deputat, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Naxçıvan şəhər Xalq Məhkəməsinin tibb eksperti-(sonradan milli təhlükəsizlik nazirinin birinci müavini oldu, hazırda siyasi fəaliyyətlə məşğuldur, partiya sədridir, işləmir)

Mürvət Əliyev  – Aşağı Göynük seçki dairəsindən deputat, Şəki şəhəri, müvəqqəti işləmir (hazırda haqqında məlumat yoxdur)

Tahir Əliyev – Sumqayıt Boru prokat seçki dairəsindən deputat. Sumqayıt şəhəri, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü- (sonrdan müdafiə və daxili işlər naziri, Dövlət Gömrük Komitəsinin sədri oldu, hazırda işləmir)

Əliyev T. F. – Bülbülə seçki dairəsindən deputat, Bakı şəhərinin Suraxanı rayonu, Bakı şəhər Xalq Deputatları Soveti sədrinin müavini – (haqqında məlumat yoxdur)

Xeyrulla Əliyev – Privolnoye seçki dairəsindən deputat, Cəlilabad rayonu, Azərbaycan Respublikasının Ali Soveti mədəniyyət və dini əqidə məsələləri daimi komissiya sədrinin müavini – (hazırda haqqında məlumat yoxdur)

Şaitdin Əliyev – Şüvəlan seçki dairəsində deputat. Bakı şəhərinin Əzizbəyov rayonu, Şüvəlan qəsəbə Xalq Deputatları Soveti icraiyyə komitəsinin sədri – (MSK-da fəaliyyət göstərir)

Vahid Əhmədov – “Gənclik” seçki dairəsindən deputat, Bakı şəhərinin Nizami rayonu, “Bakıneftmaş” İstehsalat Birliyinin baş direktoru-(sonradan baş nazirin birinci müavini oldu, hazırda millət vəkilidir)

Fərrux Zeynalov – Bilgəh seçki dairəsindən deputat, Bakı şəhərinin  Lenin rayonu , “Xalq üçün mallar” Dövlət Konserni “Azəryüngülsənayetoxucutəchizatsatışxammal” firmasının baş direktoru- (sonradan nazir və 3-cü cağırış Milli Məclisin üzvü oldu, hazırda işləmir)

İbrahim İbrahimli – Leninabad seçki dairəsindən deputat, Naxçvan Muxtar Respublikası Babək rayonu, Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsi təşkili şöbəsinin müdiri- (hazırda Milli Şuranın üzvüdür, işləmir)

Rauf İsmayılov – Evoğlu seçki dairəsindən deputat, Tərtər rayonu, Ç.İldırım adına Azərbaycan Mühəndis –Texniki Universitetinin kafedra müdiri- (sonradan bir müddət Dövlət Komitəsinin sədri oldu, son illər isə haqqında məlumat yoxdur)

Tapdıq Kamalov – Vidadi adına seçki dairəsindən deputat, Bakı şəhərinin  Lenin rayonu, Razin qəsəbə Xalq Deputatları Sovet İcraiyyə komitəsinin sədri – ( sonradan ikinci çağırış Milli Məclisin üzvü, həmçinin, Xətayi rayon icra başçısının müavini oldu, hazırda haqqında məlumat yoxdur)

Hicran Kərimli – Ordubad seçki  dairəsindən deputat, Naxçıvan  Muxtar  Respublikası Ordubad şəhəri, Ordubad konserv zavodunun baş iqtisadçısı-(hazırda işləmir)

Tofiq Köçərli – Gədəbəy seçki dairəsindən deputat , Gədəbəy rayonu, Bakı Sosial İdarəetmə və Politologiya İnistutunun professoru- (rəhmətə gedib)

Nadir Mehdiyev – Kommunist seçki dairəsindən deputat, Bakı şəhərinin  26 Bakı  Komissarı rayonu, Azərbaycan Respublikası EA “Biotex” elm-istehsalat birliyinin baş direktoru-(hazırda haqqında məlumat yoxdur)

Etibar Məmmədov – Nərimanov seçki dairəsindən deputat, Bakı şəhərinin Oktyabr rayonu, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü- (hazırda biznes fəaliyyətindədir)

Mürşüd Məmmədov – Gəncə-Hacıbəyov seçki dairəsindən deputat, Gəncə şəhərinin Kəpəz rayonu, Gəncə Pedaqoji İnistutunun dosenti-(sonradan icra başçısı oldu-rəhmətə gedib)

Soltan Məmmədov – Astara seçki dairəsindən deputat, Astara rayonu, Azərbaycan Respublikası Ali Soveti Mənzil-kommunal təsərrüfatı daimi komissiyasının sədri-( ilk çağırış Milli Məclisin üzvü oldu)

Xanlar Məmmədov – Laçın seçki dairəsindən deputat, Laçın rayonu İcra Hakimiyyətinin başçısı-(rəhmətə gedib)

Mətləb Mütəllimli– Sumqayıt-Tələbə seçki dairəsindən deputat, Sumqayıt şəhəri, Sumqayıt Politexnik Texnikumunun  müəllimi- (sonradan baş prokurorun birinci müavini və SƏP-in sədri oldu, hazırda işləmir)

İnqilab Nadirov – Hindarx kənd seçki dairəsindən deputat, Ağcəbədi rayonu, Azərbaycan  Respublikası Kitabxana Kollektorunun direktoru – (sonradan ilk çağırış Milli Məclisin üzvü və Binəqədənin icra başçısı oldu, hazırda yaradıcılıqla məşğuldur)

Nəcəf Nəcəfov – Beynəlmiləl seçki dairəsindən deputat, Bakı şəhərinin Kirov rayonu , ”Azadlıq” qəzetinin redaktoru-(rəhmətə gedib)

Cümşüd Nuriyev – Oktyabr seçki dairəsindən deputat, Bakı şəhərinin Oktyabr rayonu, Qarabağa Xalq Yardım Komitəsi sədrinin birinci müavini- (sonradan Dövlət Gömrük Komitəsinin və kənd təsərrüfatı nazirinin müavini, VHP-nin liderlərindən oldu, hazırda elmi fəaliyyətlə məşğuldur)

Arif Rəhimzadə – Tərtər seçki dairəsindən deputat, Azərbaycan Respublikası Ali Sovetinin  Kənd təsərrüfatı daimi komissiyasının sədri- (sonradan dövlət müşaviri və birinci vitse-spiker oldu, hazırda Milli Məclisin komitə sədridir)

Ədalət Rəhimov – Sumqayıt-Axundov seçki dairəsindən deputat, Sumqayıt şəhəri, professor-(rəhmətə gedib)

Kamran Rəhimov – Bədəlan seçki dairəsindən deputat, Masallı rayonu “Dirçəliş”jurnalının redaktoru- (rəhmətə gedib)

Tofiq Rüstəmov – Nügədi seçki dairəsindən deputat, Quba rayonu “Xalq qəzeti”nin baş redaktoru-(rəhmətə gedib)

Sabir Rüstəmxanlı – Mehmandarov adına  seçki dairəsindən deputat, Bakı şəhəri Xətai rayonu, Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri – (sonradan nazir və VHP-nin sədri, 4 çağırış Milli Məclisin üzvü oldu, hazırda işləmir)

Vladimir Timoşenko – Sumqayıt Beynəlmiləl seçki dairəsindən deputat, Sumqayıt şəhəri, hərbi qulluqçu- (sonradan ilk çağırış Milli Məclisin üzvü oldu)

Ramiz Fətəliyev – Musabəyov seçki dairəsindən deputat, Bakı şəhərinin Oktyabr rayonu,  C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru-(yaradıcılıqla məşğuldur)

Mirmahmud Fəttayev (Mirəlioğlu)  – Sumqayıt-Corat seçki dairəsindən deputat, Sumqayıt şəhəri, V.İbrahim adına 35 nömrəli Sumqayıt şəhər orta məktəbinin müəllimi- (sonrdan AXCP-nin sədr müavini, ilk və ikinci çağırış Milli Məclisin üzvü seçildi, deputatlıq mandatından imtina etdi, hazırda KXCP-nin sədridir)

Arif Hacılı – Aşağı Tala seçki dairəsindən deputat, Zaqatala rayonu, Zaqatala  yerli radio verilişləri redaksiyasının redaktoru- (sonradan PA-nın şöbə müdiri oldu, hazırda “Müsavat”ın başqanıdır)

Şirin Hacıkərimov – Şıxliniski seçki dairəsindən deputat. Bakı Şəhəri Xətai rayonu, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Xətai rayonu şöbəsinin rəisi- (hazırda haqqında məlumat yoxdur)

Məryəm Həsənova  – Siyəzən seçki dairəsindən deputat, Dəvəçi rayonu, Zarat kənd orta məktəbinin direktoru- (rəhmətə gedib)

Şadman Hüseyn  – Gəncə-Lenin seçki dairəsindən deputat, Gəncə şəhərinin Kəpəz rayonu , Gəncə dəmiryol xəstəxanasının baş həkimi – (sonradan ilk və ikinci çağırış Milli Məclisin üzvü oldu, rəhmətə gedib)

Afiyəddin Cəlilov – Sədərək seçki dairəsindən deputat, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Azərbaycan Respublikası  Ali Sovetinin  Milli siyasət və millətlərarası məsələlərdaimi komissiyasının  sədri- (sonradan vitse-spiker oldu, qətlə yetirilib)

Firudin Cəlilov – Üçüncü Kirov seçki dairəsindən deputat, Bakı şəhərinin  Kirov rayonu, M.Ə.Rəsulzadə adına BDU-nun dosenti- (sonrdan nazir oldu, hazırda işləmir)

İxtiyar Şirin – Puta seçki dairəsindən deputat, Bakı şəhəri Qaradağ rayonu, Beyləqan rayonunun prokuroru-(sonradan baş prokuror və MKP-nin sədri oldu)

İsmayıl Şıxliniski (Şıxlı) – Qazax seçki dairəsindən deputat, Qazax rayonu, Azərbaycan xalq yazıçısı-(rəhmətə gedib)

Qeyd edək ki, Xocalı soyqırımından sonra-1992-ci ilin martında parlamentdə və ölkə rəhbərliyində dəyişikliklər olub.

Əvvəlcə Elmira Qafarova, sonra isə Ayaz Mütəllibov istefaya göndərilib.

Elmira Qafarovanı isə professor, tanınmış ziyalı, Tibb Universitetinin keçmiş rektoru Yaqub Məmmədov əvəzləyib.

O, həmçinin, 1992-ci ilin mart-may aylarında ölkə prezidentinin səlahiyyətlərini icra edib, prezidentliyə namizədlərdən biri olub, AXC iqtidarı dövründə rektorluqdan uzaqlaşdırılıb, tərəfdarları ilə Sosial Ədalət Patiyasını təsis edib, ancaq sonra partiya qurmaqdan imtina edib.

Hazırda Tibb Universitetinin professorudur.

Onu da qeyd edək ki, Milli Şura cəmi 180 gün fəaliyyət göstərib, 38 iclas keçirib, 1992-ci ilin may ayının 18-də isə Azərbyacan Respublikasının Milli Məclisi adlandırılıb.

Milli Məclisin (MM) ilk sədri isə İsa Qəmbər  olub  və bu vəzifəsini 1993-cü ilin məlum iyun günlərinə qədər davam etdirib.

İ. Qəmbər həmçinin 18 may 1992-ci ildən 17 iyun 1992-ci iləcən ölkə prezidentinin səahiyyətlərini icra edib.

Mövzunu davam etdirəcəyik.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Çini Azərbaycan üçün vacib və önəmli edən nədir? – RƏYLƏR

Read Next

Simşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir