Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərindən olan Birinci Qarabağ Savaşı Şəhidi Elşad Hacıbaba oğlu Əliyevin doğum günüdür.
Elşad Əliyevin sabah-fevralın 27-də 50 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki 31-ci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 50 yaşının tamam olması ilə bağlı sabah Elşad Əliyevin təhsil aldığı Azərbaycan Texniki Universitetində (AzTU) tədbir düzənlənəcək.
Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək, ruhuna dualar oxunacaq.
Qeyd edək ki, Elşad Əliyev 1975-ci ilin 27 fevral tarixində Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlib.
Ailədə üç övlad, üç qardaş olublar.
Elşad ailənin ortancılı övladı idi.
Ataları Hacıbaba kişini çox erkən və vaxtsız itiriblər.
Əslən Maştağalı olan Hacıbaba kişi cəmi 34 yaşında infarktdan dünyasını dəyişib və və elə o vaxtdan da anaları Flora xanım onlara həm analıq, həm atalıq edib.
Elşad orta təhsilini 244 saylı orta məktəbdə alıb və 1991-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub.
1993-cü ilin 27 fevral tarixində 18 yaşı tamam olub və əyani təhsil almasına baxmayaraq, təhsilini yarımçıq dayandırıb və aprel ayının 13-də könüllü şəkildə Əsgərliyə yollanıb.
Əsgərliyi cəmi 3 ay 3 gün çəkib və 1993-cü ilin iyulun 16-da Şəhidlik zirvəsinə yüksəlib.
Nəşi Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
O, həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki 31-ci doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





