50+40 və ya AYBƏNİZ HAŞIMOVDADAN MÖHTƏŞƏM SƏNƏT GECƏSİ – FOTOLAR

Dünən, oktyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış və sevilən müğənni, Əməkdar artist Aybəniz Haşımovanın möhtəşəm yubiley konserti, sənət-yaradıcılıq gecəsi keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, konsert tanınmış sənətçinin müəllimi, ölməz və korifey sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın xatirəsinə həsr olunub.

aybe-aybe-10

Həmçinin, konsert, sənət gecəsi A. Haşımovanın özünün 50 illik yubileyi və səhnə fəaliyyətinin 40 ilinin tamam olması ilə bağlı düzənlənib.

Konsert yüksək səviyyədə və alqış sədaları altında baş tutub.

Müğənni həm Ş.Ələkbərovanın repertuarına müraciət edib, həm də özünün illər ərzində ifa etdiyi mahnıları yeni oranjemanda, təqdimatda oxuyub.

aybe-8

Daha çox da Tahir Əkbərin, Oqtay Kazıminin, Ramiz Mirişlinin və digər böyük bəstəkarların mahnılarını ifa edib.

Konsert zamanı müğənni həmçinin özünün yazdığı və daha çox da həyat yoldaşı, Şəhid Xalid Quliyevə həsr etdiyi şeirlərini oxuyub, dinləyiciləri duyğulandırıb, hər kəsi göz yaşlarına boğub.

Eyni zamanda, konsetdə müğənninin “Bülbüllər” qrupunun və rəhbəri olduğu Sənət Akademiyasının tələbələrinin ifaları dinlənilib və böyük alqışlarla qarşılanıb.

Xüsusilə də, 9 yaşlı Həsən Əliyevin oxuduğu və səhnələşdirdiyi “Kor ərəbin mahnısı” dinləyicilərdə böyük coşqu yaradıb.

aybe-7

Konsertə, gecəyə ən böyük damğanı isə sənətçinin bacısı və ilk sənət müəllimi, böyük sənətkar, Xalq artisti Şahnaz Haşımova vurub. O, ifa edə-edə səhnəyə gəlib və sonra duet halında mahnını oxumaqda davam edib. Bu isə tamaşıçların gur və arasıkəsilməyən alqışlarına səbəb olub.

Konsert təxminən 3 saat davam edib və müğənni sonda hər kəsə onun sənət gecəsinə, ən əsası ustadı Ş.Ələkbərovanın xatirəsinə həst etdiyi konsertə gəldiyi üçün minətdarlığını ifadə edib.

“Hər birinizə ayrılıqda sağ olun deyirəm. Hamınızın qarşısında baş əyirəm. Mənə böyük sevinc və xobəxtlik yaşatdınız. Əgər Sizlərə də xoş anlara yaşada bildimsə, özümü dünyanın ən çoxbəxti saya bilərəm”-deyə, müğənni deyib.

ARIF BABAYEV-5

arif-aybe-11

Jurnalistlərlə söhbətində isə A. Haşımovanın müəllimlərindən, ustadlarından olan Xalq artisti Arif Babayev gözəl bir sənət gecəsi yaşadığını deyib:

“Aybəniz həm gözəl, böyük ürəyə malidir, həm də gözəl səsə. O, mənim ən istəkli, ən sevimli tələbələrimdəndir və bir müəllimi kimi də ona uğurlar arzulayıram”.

aybe-3

Əməkdar artist Firuzə İbadova:

“Aybənizi çox sevirəm, özü də həddindən artıq. Çox böyük zövq aldım. Səviyyəli, peşəkar ifa…Gözəl musiqilər, nəğmələr bir-birini əvəv edirdi. Çox duyğulandım, çox ağladım…Sanki repertuarımda olan bütün manılarımı yenidən kəşf etdim və sevdim…Aybəniz mənim musiqi ruhumun qidasıdır. Yəni, çox mükəmməl bir konsert, sənət gecəsi yaşadım, yaşatdı bizə Aybənizim…Allah onu Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə çox görməsin”.

Etikxeber.az olaraq, bir daha gözəl sənətçini yubiley doğum günü və 40 illik səhnə fəaliyyəti münasibəti ilə təbrik edir, ona növbəti və parlaq uğurlar arzulayırıq!

50 yaşınız və 40 iliniz mübarək olsun, Aybəniz xanım!

aybe-1

aybe-2

aybe-7

aybe-9

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ümid edirik ki, həmsədr ölkələrin fəaliyyəti praktiki nəticələr verəcək – PREZİDENT – FOTO – YENİLƏNİB

Read Next

Əliyev Xalikov və Torkunov ilə görüşdü – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir