“…Bunu qəbul etməliyik” – QURBAN QURBANOV

Məğlub olmaq istəməzdik. Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir. Bunu qəbul etməliyik.

Etikxeber.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin “Sevilya” ilə ilk oyunundan sonra deyib.

O, komandasının İspaniya təmsilçisinə 0:3 hesablı məğlubiyyətini şərh edərkən, bildirib ki, “Sevilya” çox dinamik komandadır və topla sürətli davranır:

“Yenə də futbolçularıma “çox sağ ol” deyirəm. Onlar üçün çətin idi. Belə komandaya qarşı oynamağı hər bir futbolçu gözləyir. Həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu oyunlar çox olur. Rəqibi yaxşı oyuna və qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərə də bu cür dəstəyə görə təşəkkür edirəm…”.

Etikxeber.az

Read Previous

“Qarabağ” onları yarışdan kənarlaşdıra bilərdi…” – LOPETEQİ

Read Next

“Uğurlarımızın özülü oldu…” – MİLLƏT VƏKİLLƏRİ “ƏSRİN MÜQAVİLƏSİ”NİN 25 İLLİYİ HAQDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir