“Yaxşı olardı ki, aşıq sənəti ilə bağlı da qanun olsun” – ƏFLATUN AMAŞOV

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ)  sədri Əflatun Amaşov daha bir qanun layihəsinin hazırlanmasə və müzakirələrə çıxarılaraq, qəbul olunması təklifi ilə çıxış edib.

O, “Aşıq sənətinin inkişafı haqqında” ayrıca qanuna ehtiyac olduğunu söyləyib.

Etikxeber.az-a açıqlamasında millət vəkili bildirib ki, klassik Azərbaycan musiqisinin iki qolu var: Muğam və aşıq sənəti.

“Muğamla bağlı qanun artıq var və bu qanun sahəyə fundamental baxışı ifadə edir.

Hazırda Azərbaycan muğamı dünyada geniş şəkildə təbliğ edilir.

Bu, imkan verir ki, beynəlxalq ictimaiyyətə mili-mənəvi zənginliyimizi daha səlis şəkildə çatdıraq.

amasov-metbuat-aflatun

Yaxşı olardı ki, aşıq sənəti ilə bağlı da qanun olsun.

Belə bir qanun bu sənəti inkişaf etdirmək üçün ortaya sistemli baxış qoyacaq.

Həm sənətə elmi yanaşmanı təmin edəcək, həm də qanundan irəli gələn vəzifələrin həlli aşıq sənətini dünyaya çatdıracaq.

Bu isə son dərəcə vacibdir…”-deyə, Ə. Amaşov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

3 oktyabrdan – Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən – 26 İL KEÇİR

Read Next

Allahı unutmayın! – EKS DEPUTAT ELDAR HƏSƏNOVUN MÜDAFİƏSİNƏ QALXDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir