53-cü Baş Assambleya başladı- OQTAY ƏSƏDOV BƏYANATLA ÇIXIŞ ETDİ

Oqtay Əsədov: Azərbaycan Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkir

26 il öncə yaranmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz bölgəsinin əminamanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslər irəli sürülməsi və həyata keçirilməsi baxımndan çox böyük potensiala malik olduğunu sübut edib.

Etikxeber.az  xəbər verir ki,  bunu iyunun 20-də Milli Məclisin (MM) sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)Parlament Məclisinin 53-cü Baş Assambleyasında  bildirib.

Onun sözlərinə görə,  QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının n 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var.

“Bu 7 ildə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərənin dəyişdirilməsində mühüm bir dövr təşkil edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər trans milli layihələr nəinki bölgəmizin, həm də Avropa qitəsinin iqtisadi xəritəsinin formalaşdırılmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yol xəttinin reallaşdırılmasının və eləcədə TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir”-deyən O, Əsədov bildirib ki,  çox təəssüf, regionumuzun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

“Azərbaycan 25 ildən artıqdır ki, Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkir. Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn prinsipi və normaları, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prisipi əsasnda tezliklə öz həllini tapacaq”-deyə, spiker sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

QDİƏT PM-in 53-cü Baş Assambleyası öz işinə başlayır – MİLLİ MƏCLİSDƏ

Read Next

Pensiyalar 200 manat olacaq – OKTYABRIN 1-DƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir