“55 şəxs barəsində 50 cinayət işi istintaq olunub…” – KAMRAN ƏLİYEV

Cari ilin dörd ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 55 şəxs barəsində 50 cinayət işi istintaq olunub, məhkəmələrə göndərilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 121 cinayət işi üzrə ibtidai istintaq aparılır:

“Bundan başqa, müxtəlif məlumatlar, o cümlədən vətəndaşların, dövlət qurumlarının müraciətləri var. Bunlarla da bağlı ilkin, yəni, cinayət işi başlanana qədər olan araşdırmalar və qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Etikxeber.az

Read Previous

179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınıb – KOMİSSİYA

Read Next

“Ölkəmiz Antikorrupsiya Şəbəkəsinin 3-cü qiymətləndirməsini uğurla keçib” – PA RƏSMİSİ – FOTOLAR – YENİLƏNİB (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir