59 nüsxə kitab, 6 ədəd DVD diski müsadirə olundu – REYD

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti bu gün Masallı rayonunda birgə reyd keçiriblər.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, reydin keçirilməsində məqsəd rayonun mağazalarında satışı qanuna zidd olan dini ədəbiyyatların aşkarlanması olub.

Masalı şəhərindəki iki ticarət obyektində yerləşən mağazalardan birində yoxlama zamanı satış üçün xüsusi razılığı və lisenziyası olmayan 55 nüsxə kitab, digərində 4 nüsxə kitab, 6 ədəd DVD diski aşkarlanaraq müsadirə olunub.

Hər iki mağaza sahibi barəsində qanuna müvafiq protokol tərtib olunub, müvafiq tədbir görüləcəyi bildirilib.

Etikxeber.az

Read Previous

Hollandiya yığmasının hücumçusu yaddaşını itirib

Read Next

Sabah olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir