6-cı çağırış Milli Məclisin ikinci iclası keçiriləcək-BU GÜN

Bu gün 6-cı çağırış Milli Məclisin (MM) növbəti-ikinci plenar iclası keçiriləcək..

Etikxeber.az-ın xəbərinə spiker Sahibə Qafarovanın sədrliyi ilə keçiriləcək iclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublika İnsan Hüquqları üzrə müvəkkili – Ombudsman haqqında”, “Normativ Hüquqi Aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarına dəyişiklik edilməsi haqqında (II oxunuş), “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi haqqında, “Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri haqqında” qanun layihəsi və MM-in komitələrinin üzvlərinin seçilməsi barədə və digər məsələlər müzakirəyə çıxarılacaq. 

Etikxeber.az

Read Previous

Koronavirusla bağlı-ƏRDOĞANIN SƏFƏRLƏRİ TƏXİRƏ SALINDI, MƏKTƏBLƏRDƏ TƏTİL ELAN EDİLDİ…

Read Next

“Qapım və telefonum hər zaman açıqdır…” – YENİ MİLLƏT VƏKİLİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir