6-cı çağırış Milli Məclisin sonuncu yaz sessiyası başlayır-BU HƏFTƏ – YENİLƏNİB

Bu həftə 6-cı çağırış Milli Məclisin (MM) yaz sessiyası başlayır.

Etikxeber.az məlumat verir ki, MM-in Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Qeyd edək ki, MM yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə MM-in deputatları məzuniyyətdə sayılırlar.

Yanvarın ayının 15-dən fevralın 1-dək parlamentin komitə iclasları keçirilir.

Eyni zamanda qeyd edək ki, bu, həm də 6-cı çağırış MM-in sonuncu yaz sessiyasıdır.

6-cı çağırış MM-in səlahiyyət müddəti gələn ilin fevralında başa çatır.

Gələn ilin fevralında və ya bu ilin-2024-cü ilin sonlarında 7-ci çağırış MM-ə seçkilər keçirilə bilər.

08:44

***

MM-in yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb.

Bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Fevralın 1-də keçiriləcək iclasın gündəliyinə 10 məsələ daxil edilib:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

4. “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Etikxeber.az

Read Previous

Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına general-mayor rütbəsi verildi-SƏRƏNCAM

Read Next

Goranboylu Şəhid ailələri övladlarının orden və mənzil Haqqının tanınmasını istədi-ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir