6-cı çağırış Milli Məclisin üzvü olan bitərəflərdən-KİMLƏRİN NAMİZƏDLİYİ YENİDƏN DƏSTƏKLƏNƏ, KİMLƏR KƏNARDA QALA, KİMLƏRƏ “ƏLVİDA” DEYİLƏ BİLƏR?

Ölkə Prezidenti (həm də hakim Yeni Azərbaycan Partiyasının sədri) İlham Əliyevin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə 6-cı çağırış Milli Məclis (MM) buraxıldı və bu ilin sentyabr ayının 1-nə növbədənkənar seçkilər-7-ci çağırış parlamentə seçkilər təyin olundu.

Artıq bugündən etibarən-Seçki Məcəlləsinin 8.1, 146.1 və 146.4-cü maddələrinə əsasən, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.

Çox güman ki, bugündən olmasa da, gələn həftədən, iyulun 1-dən deputatlığa namizdələrin irəli sürülməsi mərhələsi başlayacaq, bu mərhələnin şahidi olacağıq.

Xatırladaq ki, sonuncu-6-cı çağırış MM-də millət vəkillərindən 41-i bitərəflərin-müstəqillərin təmsilçiləri idi.

Sonradan-bitərəf millət vəkillərindən bəzilərinin dünyasını dəyişməsi, bəzilərinin isə rəhbər vəzifəyə təyin olunması ilə bağlı bitərəflərin sayı MM-də aşağı düşdü, 36-ya endi.

Bu yerdə qeyd edək ki, bitərəf millət vəkilləri böyük əksəriyyətlə həm də hakim Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə MM-də təmsil olunurdular.

Belə ki, YAP ya həmin bitərəflərin namizəd olduqları dairələrdən öz namizədlərini irəli sürməmiş, ya da öz namizədlərindən daha çox müstəqillərə-onlara dəstək vermişdi.

Bu baxımdan, heç şübhəsiz ki, növbəti seçkilər də istisna təşkil etməyəcək, yəni, daha nüfuzlu bitərəf-müstəqil namizədlərin namizədlyi dəstəklənəcək, onların parlamentdə təmsilçiyliyinə daha çox önəm veriləcək.

Onu da xatırladaq ki, 6-cı çağırış MM-də təmsil olunan millət vəkilləri bunlar idi:

Zahid Oruc, Adil Əliyev, Ziyad Səmədzadə, Vahid Əhmədov, Əli Məsimli, Jalə Əliyeva, Arzu Nağıyev, Azay Quliyev, Nigar Arpadarai, Ülviyyə Ağayeva, Rüfət Quliyev, Azər Kərimli, Sahib Alıyev, Rasim Musabəyov, Vüqar Bayramov, Eldar Quliyev, Aqil Abbas, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Novruz Aslan, Tamam Cəfərova, Məzahir Əfəndiyev, Jalə Əhmədova, Bəxtiyar Əliyev, Etibar Əliyev, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Azər Kərimli, Musa Qasımlı, Ülvi Quliyev, Sevil Mikayılova, Səttar Möhbalıyev, Soltan Məmmədov, Könül Nurullayeva və İltizam Yusifov.

Bəs onlardan kimlər yenidən tam dəstəklənə, ya qismən dəstəklənə, ya da bütün hallarda dəstəklənməyə, yenidən MM-də təmsilçiliyi arzulanmaya bilər?

Tam dəstəklənməsi ehtimal olunan bitərəf millət vəkilləri bunlardır:

Zahid Oruc, Adil Əliyev, Bəhruz Məhərrəmov, Soltan Məmmədov, Nigar Arpadarai, Tural Gəncəliyev, Azay Quliyev.

Qismən dəstəklənə biləcək və ya dəstəklənməyəcək bitərəf deputatlar isə bunlar ehtimal edilir:

Jalə Əliyeva, Sahib Alıyev, Vüqar Bayramov, Əli Məsimli, Tamam Cəfərova, Məzahir Əfəndiyev, Sevil Mikayılova, Əminə Ağazadə, Ülvi Quliyev, Aqil Abbas, Vahid Əhmədov.

Ziyad Səmədzadə, Səttar Möhbalıyev, Eldar Quliyev, İltizam Yusifov, Ülviyyə Ağayeva, Rasim Musabəyov, Novruz Aslan, Rüfət Quliyev, Musa Qasımlı, Cavanşir Feyziyev, Bəxtiyar Əliyev, Könül Nurullayeva, Azər Kərimli, Etibar Əliyev.

Və təbii ki, hər şeyi yaxın zaman göstərəcək.

Yaşayarıq, görərik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid analarının, Qazilərin iştirakı ilə xeyriyyəçi, hər zaman Şəhid ailələrinin yanında olan Xəyal Musayevə məxsus “RN bujiteriyalar, ətirlər” mağazasının-AÇILIŞ MƏRASİMİ OLDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

Qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə-MÜRACİƏT EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir