6-cı Muğam Müsabiqəsinin seçim turlarına start verildi – FOTOLAR

Azərbaycanda növbəti 6-cı Respublika Muğam Müsabiqəsi keçiriləcək.

Etikxeber.az xəbər verir ki, artıq bununla bağlı ölkənin bir sıra bölgələrində seçim turlarına start verilib.

Seçim turlarında iştirak edən Muğam Müsabiqəsinin münsiflərindən olan  tanınmış muğam ifaçısı, xanəndə, Xalq artisti Səkinə İsmayılova bu barədə  öz “Facebook” səhifəsində məlumat verib.

O, qeyd edib ki,  seçim turu dünən İsmayıllı rayonunda, bu gün isə ölkənin ikinci böyük şəhəri Gəncədə keçirilib.

Eyni zamanda, Xalq artisti seçim turundan fotolar paylaşıb.

Onu da qeyd edək ki, ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan bu mədəniyyət hadisəsi millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2005-ci ildən  reallaşdırılır.

sakina-1

sakina

Etikxeber.az

 

Read Previous

“Yəqin ki, Çingizin dəfnində deputat həmkarlarımla birgə iştirak edəcəyəm” – DEPUTAT

Read Next

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 0,5 faiz azalıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir