6 il-265 gün də 100 günün və 15 ilin davamı olacaq – DEPUTAT(LAR)- RƏY(LƏR)

Ölkə rəhbəri cənab İlham Əliyevin 11 aprel prezdent seçkilərindən sonra keçən ilk 100 gününü çox müsbət xarakterizə edərdim. Hesab edirəm ki, bu günlər tariximizə qızıl hərflərlə yazılacaq günlərdir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili deyib ki, birncisi, ölkəmizdə aprel ayında  baş tutan Azərbaycan Respublikası Prezdentliyinə növbədənkənar seçkilər çox yüksək, beynəlxalq standartlara uyğun və demokratik şəraitdə keçirildi.

Onun sözlərinə görə, xalq öz iradəsini yenə açıq və şəffaf şəkildə ifadə edə bildi.

and-3

heydar-95

nato-ilya-erdo

meydan-ilya

“Təbii ki, xalqın seçimi daha doğru olanda ölkənin sosial-iqtisadi və siyasi həyatında da xalqın istəyinə uyğun inkişaf baş verir.  Bu baxımdan, 11 aprel seçkilərində də Azərbaycan seçicisi kimi seçməlidir və ölkənin gələcəyini kimin rəhbərliyində görməlidirsə, onu çox gözəl və çox dəqiq bilirdi. Çünki 2003-ci ildən 2018-ci ilə qədər olan dövrdə cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin necə dəyişildiyini, müasir Azərbaycanın necə yarandığını hamı görürdü və hamı  gələcəkdə də belə inkişaf etmiş ölkədə yaşamaq arzusunda olduğunu seçkilərdə bir daha təsdiq etdi.

Əslində prezident İlham Əliyevin yenidən seçildiyi prezidentlik vəzifəsinin 100 günündə də gördüyü işlər ondan əvvəlki dövrdə başlanmış quruculuq işlərinin və sosial-iqtisadi islahatların davamı idi. Bu 100 gün ərzində cənab prezdent yeni güc və qüvvə ilə fəaliyyətə başladı və yürütdüyü siyasi-iqtisadi kursunu daha da xalqın maraqlarına uyğunlaşdırdı. Əvvəlki illərdə cənab prezdent hər dəfə “bütün məmurlar xalqa xidmət etməlidir, təvazükar olmalıdır” ifadələri işlədirdi və seçkilərdən sonrakı dönəmdə də  bu istiqamətdə qəti addımlar atıldı.

Özünü doğrultmayan məmurlar vəzifələrindən uzaqlaşdırıldı və onlar  gənc, bacaraqlı, müasir tələblərə cavab verə bilən şəkildə öz fəaliyyətlərini qura biləcək kadrlarla əvəz olundu. Nəticədə bu proses xalqı dövlətdən narazı salan müəyyən insanların dövlət idarəçiliyi sistemindən uzaqlaşdırılması ilə başa çatdı ki, bu da xalqın istəyinə uyğun oldu.

Yola saldığımız 100 gün ərzində Azərbaycanın siyasi sabitliyi, beynəlxalq mövqeləri daha da möhkəmləndi, ölkəmizə çoxlu sayda dövlət rəhbərləri səfərlər etdi və cənab prezdent də çoxlu ölkələrə səfərlər etdi. Təbii ki, qarşılıqlı səfərlər və görüşlər ölkəmizin dünyaya intqerasiyasını sürətləndirir, yeni birgə layihələrə imzalar atılır. Yəni,  Azərbaycanın dünya üçün mühüm aktora çevrilmək prosesini sürətləndirir.

İqtisadi sahədə başlanmş layihələrin açılışları həyata keçirildi, TANAP, Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələrin vaxtında açılışı oldu, TAP-ın tikintisi sürətləndirildi və artıq  bəzi dairələrin xəyal kimi gördüyü Azərbaycan qazının Avropaya, dünyaya çatdırılması prosesi reallaşmaq üzrədir. Azərbaycan iqtisadiyyatında islahatlar davam etdirildi, sahibkarlığın inkişafına yaradılmış şəraitindən səmərəli istifadə olunması Azərbaycanda mal və məhsul istehsalını artırdı, “Made in Azerbaycan” brendinin əhatə dairəsi daha da genişləndi, ölkəmizə gələn valyutanın həcmi artdı, manatın stabilliyi qorunub saxlanıldı, əhalinin pul gəlirləri artdı, yaşayış səviyyəsi yüksəldi, sosial layihələrin həyata keçirilməsi prosesi sürətləndi, yol və təbii qaz xətlərin tikintisi prosesi genişləndi və nəticədə Azərbaycan daha yaxşı yaşayışı təmin olunmuş dünya ölkələri sırasına daxil oldu.

100 gün ərzində ölkəmizin bütün iqtisadi göstəriciləri pozitiv oldu ki, bu da Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi kursunun düzgün istiqamətdə olmasının göstəricisidir. Yola saldığımız 100 gün ərzində paytaxtımız Bakıda Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 100 illiyinə həsr olunmuş Hərbi Parad keçirildi. Hərbi Paradda Azərbaycan silahlı qüvvələrinin möhtəşəmliyini düşmənlərimizə göstərməklə, düşmən üzərində psixoloji qələbə qzanmış olduq. Həm də Naxçıvan istiqamətdə aparılmış hərbi əməliyyatlarda 11000 kvadrat kilometr torpaqlarımızın düşmən tapdağından azad olunması bir daha düşmənlərimizə düz yola qayıtmağının zamanının yetişdiyini göstərən bir mesaj oldu. Bu, bir daha onu göstərdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq və hər zaman öz ərazi bütövlüyünü təmin etmək əzmindədir.

Ümumilikdə götürüldükdə prezident İlham Əliyevin yenidən prezidentlik səlahiyyətlərinin icrasının 100 günlüyü ölkəmizin hər bir sahəsi üçün uğurlu olub və düşünürəm ki, qarşıda duran 6 il-265 gün ərzində də Azərbaycan üçün yeni üfüqlər açılacaq, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyacaq, Azərbaycan hamının həsəd aparacaq ölkəyə çevriləcək. Bu şərəfli işdə ölkə başçımıza uğurlar arzulayıram və əminəm ki, Azərbaycan xalqı öz prezdentini sevir, dəstəkləyir və hər zaman onun yanındadır. Məhz Azərbaycanın gücü də bundadır, İlham Əliyev-Azərbaycan xalqı vəhdətində!”-deyə, A. Badamov daha sonra sözlərinə əlavə edib.

azer badam

tahirrr

Millət vəkili Tahir Rzayev də ölkə prezidentinin yeni prezidentlik mərhələsinin ilk 100 gününü uğurlu və müsbət dönəm kimi dəyərləndirib.

Onun sözlərinə görə, 100 günlük bir zaman kəsiyində də ölkə prezidenti üzərində düşən bütün vəzifələrin öhdəsindən layincə gəldi.

“Başqa cür də ola bilməzdi. Bu, məhz belə də olmalıydı. Çünki son 15 illik hakimiyyətlik, prezidentlik dönəmi bunun üçün əsas, gözəl və fundamental baza yaradırdı. Son 15 ildə Azərbaycanın elə bir problemi, elə bir sahəsi olmamışdı ki, o, həll edilməsin və yaxud, uğur, nailiyyət, zəfər qazanılmasın. Qarabağ dərdini, problemini çıxmaq şərti ilə- inşallah, həmin problemin də xeyrimizə həll olunacağı gün uzaqda deyil-bütün sahələrdəki problemlər bir-bir aradan qaldırıldı, özü də nəinki aradan qaldırıldı, idman termini ilə desək, onlara əlavə, ikinci nəfəs qazandırılmış oldu.  Bütün sahələrdə nailiyyətlər, uğurlar bir-birini əvəzlədi, Azərbaycan dünyanın lider dövlətinə çevrildi.

Odur ki, ötən 100 günlük dönəm də bunun davamı, gözəl estafeti oldu. Bu dövrdə elə hadisələr yaşandı, elə tarixi hadisələrə şahidlik etdik ki, sözlə belə ifadə oluna bilməz, əsrlərə bərabər hadisələrdir. AXC-nin, Milli Ordumuzun 100 illiyi, Cünnüt zəfəri, möhtəşəm Hərbi Parad, büdcəmizin 2 milyard artırılması, TANAP, Cənub Qaz Dəhlizi və sair və ilaxır, bunlar çox möhtəşəm hadisələr, parlaq qələbələrdir. Ona görə inanıram və qəti əminəm ki, sonrakı dönəmdə də bunları davamı gələcək, Azərbaycan cənab prezident İlham Əliyevin rəhbərliyi altında daha möhtəşəm, daha əzəmətli hadisələrə, zəfərlərə şahidlik edəcək. Allah xalqımızı, dövlətimizi, məmləkətimizi və prezidentimizi qorusun”-deyə, T. Rzayev sonda bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Marsda 1,5 kilometr dərinlikdə su tapıldı – FOTO

Read Next

Braziliya millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir